Türkiyədə intihar edən diplomat azərbaycanlı deyil - XİN- dən açıqlama

img

23-01-2016 [15:22]


Bu gün Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda çalışan və İslam Konfransı Gənclik Forumunun əməkdaşı olan diplomat Fəxrəddin Əliyevin intihar etməsi ilə bağlı mətbuatda xəbərlər yerləşdirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğunda Fəxrəddin Əliyev adlı şəxs işləməyib.

"Ümumiyyətlə, Xarici İşlər Nazirliyi sistemində sözügedən şəxs çalışmayıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, hadisə İstanbulun Küçükçəkməcə rayonu ərazisindəki Səfaköy silah poliqonunda baş verib.

F. Əliyev öz sürücüsü ilə birlikdə poliqona gəlib. Silahla dəfələrlə hədəflərə atəş açan diplomat son gülləsini öz başına vurub. O, yerindəcə keçinib. Küçükçəkməcə əmniyyət müdirliyi (polis idarəsi) intiharın səbəblərini araşdırmaq üçün təhqiqata başlayıb.

Diplomatın meyiti İstanbul Ədliyyə Tibb Qurumunun morquna aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA