İcra başçısının maşını 180 sürətlə hərəkətdə - Video

img

23-01-2016 [12:09]


Mingəçevir şəhər icra başçısının xidməti avtomobolinin sürət həddini aşması ilə bağlı video yayılıb.

Mia.az AzNews.az-a istinadən xəbər verir ki, 22 yanvar tarixində çəkilmiş videodan görünür ki, icra başçısının avtomobili yol hərəkəti haqqında qanunlara məhəl qoymur. O, sürət həddi 90 km/saat olan yerdə saatda 180 km sürətlə hərəkət edir.

Videonu isə digər maşında olan şəxslər çəkiblər.

Başçının sürücüsünə və bu videonu çəkən şəxsə 250 manat və 4 cərimə balı yazıla bilər.

Videonu reportyor.tv yayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA