22-01-2016 [20:06]
ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev televiziyanın binasında bu gün Milli Televiziya və Radio Şurasının "Hesabat” verilişinə qoyduğu bir aylıq qadağa ilə bağlı mətbuat konfransı keçirib.
"Qafqazinfo”nun tədbirdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, M.Ağayev bildirib ki, o mətbuat konfransını verilişin aparıcısı kimi təşkil edib:
"Bizim MTRŞ ilə münasibətlərimizin tarixi hamınızın gözünüzün qabağındadı. Bu qurum yaradıldıqdan bəri ANS-in bütün addımlarını qarabaqara izləyir. MTRŞ-nın fəaliyyyətində ANS-ə qarşı qərəzliliyini hiss etməmək mümkün deyil. Daha çox ANS-ə xəbərdarlıq olunur, daha çox ANS cəzalandırılır. Əvvəl də 17 günlük bağlanmışdı. Əslində 17 günlük yox, birdəfəlik bağlanmışdı. Prezident İlham Əliyevin müdaxiləsindən sonra fəaliyyət bərpa olundu”.
Mirşahin Ağayev qeyd edib ki, münasibətlərin bu formada gərginləşməsinə səbəb kanalın teleseriallara ayrılan vəsait üçün etdiyi müraciət olub:
"Hər şey ondan başladı ki, biz prezident tərəfindən teleseriallar üçün ayrılan vəsaitdən bizə çatacaq 40 min üçün müraciət etdik. Bundan sonra bizə qarşı proses başladı. Amma biz hələ də o müraciətin cavabını ala bilmirik. Mən bilmək istəyirəm ki, prezidentin teleseriallarla bağlı ayırdığı vəsait hara, necə ayrılıb".
Baş direktor bildirib ki, MTRŞ-nın başında duran məmur və məmurlar prezidentin üstünlük verdiyi demokratik dəyərlərə qarşı çıxırlar.
Bundan sonra Mirşahin Ağayev "Hesabat" verilişinin qadağan olunmasına səbəb olan süjetini jurnalistlərə təqdim edib.
Mirşahin bildirib ki, o, sabah məhkəməyə müraciət edəcək:
"Orda bir cümlədə MTRŞ dedim, Azərbaycan dilində "me te re şe” yoxdur. Bunun adı budur, başqa nə deyə bilərdim ki. Mən MTRŞ-nın qərarı ilə razılaşamayacağam və mübarizə aparacağam. Mən məhkəməyə müraciət edəcəyəm. Bu məsələ hüquqi holla həll ediləcək. MTRŞ-nın bu addımı məmur özbaşınalığıdır. Hansısa məmur 18 il öncə ləğv edilən sensuranı geri qaytara bilməz.
Şirkətin Hüquq departamentinin məsul şəxsi Sevda Məhərrəmova bildirib ki, onlar yalnız iclas başa çatandan sonra bu barədə xəbər tutublar:
"MTRŞ-nın iclasına biz çatanda dedilər ki, artıq qərar verilib. Bizi isə konkret olaraq oradan qovdular”.
Mirşahin Ağayev qeyd edib ki, bu həftə "Hesabat” verilişi efirdə olmayacaq:
"Amma hüquqi müstəvidə mübarizəmiz davam edəcək. Bizə daxil olan şikayətdə qanunsuz tikinti ilə bağlı müraciət vardı. Biz çəkiliş apardıq. Orda sakinlər Nuşirəvan Məhərrəmlinin adını çəkdi. O obyekt MTRŞ sədrinin bir qohumu tərəfindən tikilirdi. Amma biz o süjeti efirə vermədik. TV-dən şəxsi məqsədləri üçün istifadə etsəydik, bunu yayımlayardıq. Mən təəccüblənmərəm sabah bizə məlumat gələr ki, MTRŞ qərarına yenidən baxıb və qadağa ləğv olunub”.
Baş direktor bu işdə hansısa kölgələrin əli olduğuna inanmadığını vurğulayıb: "Mən dövlətimizə, prezidentimizə inanıram. Bu provokasiya kimlərinsə vəziyyəti gərginləşdirilmək istəyidir”.
MTRŞ formal olaraq kollegial qurum olsa da, faktiki olaraq belə deyil. Bu gün iclasda iştirak edənlərin hər biri bu qərarın leyhinə səs verib. Mən bu qərar verilərkən maliyyə naziri Samir Şərifovdan müsahibə götürdüm. Bu dəfəki verilişdə bu müsahibə yayımlanacaqdı. Amma biz "Hesabat"da olmasa da, başqa verilişdə həmin müsahibəni yayımlayacağıq.
Xatırladaq ki, bu gün Milli Televiziya və Radio Şurasının iclasında qəbul edilən qərara əsasən, "ANS” televiziyasının efirində yayımlanan "Hesabat” analitik-informasiya proqramının 27 dekabr 2015-ci il və 17 yanvar 2016-cı il tarixli buraxılışlarında televiziya yayımının əsas prinsiplərinin və proqrama verilən tələblərin pozulması - proqramlarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmadığını, işgüzar nüfuzun ləkələnməsinə yol verildiyini, faktlar və hadisələrin ədalətli şərh olunmadığını, birtərəfliliyə yol verildiyini nəzərə alnaraq, "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə uyğun olaraq "ANS” televiziyasının efirində "Hesabat” analitik-informasiya proqramının yayımı 24 yanvar 2016-cı il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılıb
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi