22-01-2016 [16:51]
Şıxbabayev Allahverdi Həsrət oğlu, Quba rayonu, Mirzəmməd kəndi
(tel:+994503176189) azeritest@gmail.com
Möhtərəm Prezident!
Quba rayonunda bəzi məmurların mənə qarşı etdikləri haqsızlıqların qarşısında aciz qaldığım üçün Sizə müraciət edirəm.Burada ədalətsizlik o səviyyəyə çatıb ki,hətta Ali Məhkəmənin qərarlarına belə hörmətsizlik edirlər.Ali Məhkəmənin 3 qərarı ilə 3 dəfə icra olunmuş qonşumla sərhəddim dəfələrlə Babayevlər tərəfindən sökülmüşdür.lazımı orqanlara müracitimə baxmayaraq buna məhəl qoyan olmamışdır.Ona görə ki, ona himayədarlıq edənlər var.Quba rayon məhkəməsinin baş hakimi Füzuli Pənahov dəfələrlə məndən həyətimə girəcək yoldan 60 kv.m. ərazimin Babayevlərə verilməsini tələb etmişdir.Tələbin yerinə yetirilmədiyini görən Pənahov 3 dəfə icraatı yeniləyib.Keçmiş baş icra məmuru Ələkbər Mirzəyevə yalan akt yazdıraraq hakim Zamin Tahirova dediyi ərazinin Babayevlərə verilməsi barədə qətnamə verdirib.Hansı ki,bu ədalətsiz qətnamə Apellyasiya məhkəməsi tərəfindən ləğv olunub.Kassasiya şikayəti də təmin olunmayıb.2010-cu ildə Babayevlərin torpağını cizgilərinin yerinin onlara göstərilməsini Torpaq şöbəsinə həvalə edir.Torpaq şöbəsinin nümayəndələri ərazidə ölçü apararaq akt tərtib edərək bildiriblər ki,Babayevlərin ərazisi düzdür.Ancaq sol qonşu ilə olan hasar əyri çəkilib.Bu onları qane etməyib.2011-ci ildə Zamin Tahirov eynilə icra vərəqi verir.Torpaq Komitəsinin verdiyi cavab da onları qane etməyib.Torpaq Komitəsi ləğv olandan sonra Z.Tahirov 2010-cu il icra vərəqini 2015-ci idə yeniləyib icraya yönəldir. Sonuncu dəfə 13 yanvar 2016-cı il tarixdə 5 saylı Xaçmaz Layihə -Tədqiqat idarəsinin və Quba Rayon Məhkəmə Qərarlarının icraçıları ilə birgə mənim xəbərim olmadan mənim həyətimə girərək şəkildə gördüyünüz dəmir dirəkləri sökmüşlər.Hansı ki,həmin dirəklər məhkəmə qaydasında 2008-ci ildə icra olunub.Şiferlər cəzasız qalan qonşum tərəfindən dəfələrlə sındırılıb.13 yanvaradək o dəmir dirəklər qalmışdı.Kiminsə tapşırığı ilə onları da sökdülər. Söküntü barədə heç bir məhkəmə qətnaməsi olmadan icra məmurları və reyestr xidməti məmurları bu hərəkətləri etdilər.Səbəbini soruşduqda Ulu Öndərimiz Heydər Əliyevin həyata keçirdiyi Aqrar İslahatlara kölgə salaraq qeyd edirlər ki,islahat düzgün aparılmayıb.Bütün torpaqlar 4 metr üstə-üstə oturub.Onların dediyindən belə çıxır ki,bütun kənd sakinləri hasar və evlərini söküb 4 metr sağa çəkməlidir.Hansı ki,Babayevlərin şəhadətnaməsində onun sol qonşusu ilə cizgi düz xətlə olduğu halda hasar əyri çəkilib.Həmin ərazidə razılaşma ilə qoruluq da tikilib. Bu gün himayədarlarının köməyi ilə həmin ərazini müəyyən yollarla mənim ərazimdən almaq istəyirlər.Möhtərəm Prezident, 9 ildir ki,bu keşmə-keşli məhkəmə -məhkəmə oyununun içindəyəm.Bugünədək kasıb komama digər qonşunun həyətindən gedirəm.Ömrümün 65-ci ilini yaşamaq istəyirəm.Hörmətli Prezident! Sizdən artıq dərəcədə xahiş edirəm! Əllərində söküntü barədə heçbir qərar,qətnamə olmadan məndən xəbərsiz həyətimdə söküntü aparan məmurlar cəzalandırılsınlar.Məhkəmə qətnaməsi ilə vurulmuş dirəklər onların öz hesablarına əvvəllər olduğu kimi düzəldilsin. 2008-ci ilin məhkəmə qətnaməsinin icrası bərpa edilsin.




Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi