22-01-2016 [16:07]
2006-cı ildən icra başçısı vəzifəsində çalışmasına baxmayaraq, Mübariz Ağayev "zəngin” məmur taleyi yaşayıb.
Belə ki, o, 2006-2007-ci illərdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı, 2007-2012-ci illərdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, 2012-2015-ci illərdə isə Quba rayonunun icra başçısı olub. Bu postlarda onun keçdiyi yolun hansı dərəcədə uğurlu olduğunu görmək üçün qısaca olaraq ötən illərin medya xülasəsinə nəzər salmaq kifayətdir.
Göyçay rayonundakı etibarlı qaynağımız iddia edir ki, "Şöhrət” ordenli Mübariz Ağayevin fəaliyyəti haqqında kifayət qədər tənqidi materiallara rast gəlmək mümkündür. Göyçay və Mingəçevirdə rəhbərlik etdiyi dönəmlərdə sərt tənqidlərə məruz qalan, korrupsiyalaşmış məmurlar sırasında adı ön sıralarda çəkilən M. Ağayev məlum Quba hadisələrindən sonra rayona başçı təyin olundu. Düşünmək olardı ki, məmur özbaşınalıqlarının az qala üsyan həddinə gətirdiyi Qubada M. Ağayev əsaslə dönüş yaradacaq.
Lakin, onun rəhbərliyinin "Quba dövrü” ən uğursuz mərhələ hesab oluna bilər. Qubada aparılan kosmetik təmir-tikinti işləri zamanı mənimsənilən milyonlarla dövlət vəsaiti, rayon sakinləri ilə yaranan, bəzi hallarda münaqişə həddinə çatan münasibətlər haqqında zamanında ətraflı məmlumatlar verilib.
Qubanını problemlərinin həllinə biganə münasibət göstərdiyi halda M. Ağayevin rayonda özünə məxsusluğu heç kimdə şübhə doğurmayan biznes obyektlərinin yağışdan sonra çıxan göbələklər kimi çoxalmasını da bilməyən yoxdur. İcra başçısı işlədiyi bütün ərazilərdə- Göyçayda və Mingəçevirdə çoxsaylı ticarət obyektləri, digər biznes strukturları olan M. Ağayev Qubada da öz şəbəkəsini genişləndirməyi bacardı. Rayonun əlverişli turizm bölgələrində çoxsaylı obyektlər bu gün də ondan "yadigar” olaraq fəaliyyət göstərir. Hələ üstəlik, Qubada oğlunun adam güllələməsi haqda yayılan xəbərlərin yaratdığöı narahatlıqları da bu sıraya əlavə etsək, o zaman icra başçısının karyerasının hansı təlatümlərdən keçdiyini yəqinləşdirmək çətin olmaz...
Xatırldadaq ki, 27 yanvar 2015-ci ildə prezidentin sərəncamı ilə Mübariz Ağayev ikinci dəfə Göyçay rayonunun icra başçısı vəzifəsinə təyin olunub. Onun Göyçaya ikinci gəlişi bəzi məmurlar tərəfindən atəşfəşanlıqla qarşılansa da sakinlər yenidən "keçmiş xatirələri” yada salmalı olublar.
Bildirilir ki, ikinci dəfə Göyçaya dönüşündən sonra M. Ağayev özünü sözün əsl mənasında rayonun tam sahibi kimi aparır. Müəmmalı kadr dəyişiklikləri, iş adamlarına, idarə və təşkilat rəhbərlərinə qarşı yağmalama siyasəti bu gün tam gücü ilə işləyir. Eyni zamanda icra başçısı rayonda özünü əsl sahibkar kimi aparır, biznes strukturlarını genişləndirir.
Ölkə qanunvericiliyinə əsasən dövlət qulluğunda çalışan şəxslərin sahibkarlıq və bizneslə məşğul olması qadağan olunub. Bu barədə dəfələrlə cənab prezident də sərt xəbərdarlıqlar edib. Lakin rayondan verilən məlumatlarda Mübariz Ağayevin qanunlara və şəxsən prezidentin göstərişlərinə hansı dərəcədə əməl etdiyini aydın görmək olar.
Rayondan bir qrup ziyalının "Gündəm-şok"a verdiyi məlumata görə, bu günlərdə Göyçayda 300- yaxın rayon ziyalısının, idarə və təşkilat rəhbərlərinin iştirak etdiyi toplantıda Mübariz Ağayev öz "fəaliyyətinin” bütün şifrələrini çözüb. Çıxışı zamanı icra başçısı bildirib ki, "cənab prezident məndən soruşdu ki, yenə də bizneslə məşğul olursanmı?
Cavab verdim ki, mən fəxr edirəm ki, biznesmenəm və hər zaman bu fəaliyyətimi davam etdirirəm!”.
Dia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi