Çovğun olacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq

img

22-01-2016 [13:55]


Yanvarın 24-dən 27-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, yanvarın 25-dən isə sulu qara, qara keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, yağıntının bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

Yanvarın 25-26-da güclü şimal-qərb küləyi əsəcək. Yolların buz bağlayacağı ehtimalı var.

Temperatur ötən günlərlə müqayisədə tədricən 6-8 dərəcə aşağı enəcək.

Yanvarın 23-ü axşamdan 27-si gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Temperatur ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsəcək. Çovğun olacağı, yolların buz bağlayacağı ehtimalı var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA