22-01-2016 [12:35]
İkinci devalvasiyadan sonra Azərbaycanda dollar kreditlərinin hansı məzənnə ilə qaytarılması məsələsi ciddi şəkildə müzakirə olunur. Məlumdur ki, artıq hökumətlə Mərkəzi Bank arasında da bu istiqamətdə danışıqlar gedir. Elə Milli Məclisin yanvarın 19-da keçirilən fövqəladə iclasında da Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov da bildirib ki, tətbiq olunacaq güzəşt banklara 5000 dollara qədər borcu olan müştərilərə şamil oluna bilər.
"Təxminən bu 250 milyon dollar vəsait deməkdir. Burada əsas məsələ kompensasiyanın maliyyə mənbəyinin tapılmasıdır. Bu, təkcə Mərkəzi Bankın səlahiyyətinə aid məsələ deyil, buna bütövlükdə Azərbaycanın iqtisadi komandası qərar verməlidir"- deyə baş bankir məsələyə aydınlıq gətirmişdi.
Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvləri olan Vahid Əhmədov və Əli Məsimli 21 dekabr devalvasiyasından sonra dollarla krediti olan müştərilərin borcunun 1.05-lə hesablanmasını təklif edirlər. Güzəştin 10 min dolllara qədər borcu olan müştərilərə şamil olunacağı vurğulanırdı.
E. Rüstəmov isə bu rəqəmin yarısı qədər olan kreditlərə güzəştin tətbiq olunacağının anonsunu verdi.
Xatırladaq ki, birinci devalvasiya hadisəsində Konstitusiya Məhkəməsi dollarla krediti olanların deyil, bankların xeyrinə qərar çıxartmışdı. Bu dəfə isə manatın sərt enişi fonunda əhali hökumətin iqtisadi komandasından onların xeyrinə qərar çıxarılması səbirsizliklə gözləyir.
Problemin həllinin yubadılmasının səbəbi isə maliyyə mənbələrinin tapılmamasıdır.
Bəs, məsələnin həlli üçün maliyyə mənbələri nələr ola bilər? Ümumilikdə 40 milyardlıq valyuta ehtiyatlarımızdan istifadə edərək bunu həll etmək mümkündürmü?
"Qafqazinfo” bu suallarla Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimlidən münasibət öyrənib.
Ə. Məsimli xatırladıb ki, fövqəladə iclasda bu barədə təkliflərini səsləndirib: "Spiker Oqtay Əsədov da bu istiqamətdə işlərin görüləcəyi barədə məlumat verdi. Sonra isə Mərkəzi Bankın sədri 5000 dollara qədər kreditlərin köhnə məzənnə ilə hesablanması məsələsinə baxılacağını deyib. Maliyyə mənbələrinin axtarılması barədə fikirlərini söylədi. Bu hardasa 250 milyon dollar vəsait deməkdir.
Maliyyə mənbələrinin tapılması ilə bağlı hesab edirəm ki, bu ağırlığı bir az əhalinin, ondan çox kommersiya banklarının, daha çox Mərkəzi Bankın, lap çox isə dövlətin üzərinə götürülməklə həll edilə bilər. Yəni bu dördbucaq sistemdən istifadə edilərək problem həll olunsa, daha ədalətli olar. 2016- cı ilin dövlət büdcəsi təsdiq olunan zaman burada xarici və daxili borcların yuxarı həddi göstərilib. Xarici borclar 1,5, daxili borclar isə 2,5 milyarddır.
Bazara istiqrazlar buraxmaqla bu vəsaiti əldə etmək olar. Eyni zamanda dövlət büdcəsinin vəsaitindən də müəyyən dərəcədə istifadə etmək olar. Yəni məsələnin həlli üçün bir qurumun üzərinə ağırlıq düşməməlidir. Kommersiya banklarına əlverişli şərtlərlə əlavə kredit resursları vermək olar. Yaxud da Mərkəzi Bank hökumətə əlverişli şərtlərlə kredit verər. Həmin kreditlər vasitəsilə bunu bağlamaq olar. Sadaladığım variantları hökumət analiz edə bilər”.
40 milyard valyuta ehtiyatının hesabına problemin həll edilməsi gəlincə isə millət vəkili qeyd edib ki, o ehtiyatın özü qədər dərdi var: "Onunla neyləmək olar ki? Məsələn, mətbuatda yazırlar ki, devalvasiya nəticəsində Mərkəzi Bank 3 milyard manat pul qazanıb. İndi mən soruşuram ki, 3 milyardı bank necə qazanıb? Qazanmayıb axı. Məsələ ondadır ki, Mərkəzi Bankın 5-6 milyardlıq pulu dollarla qalmalıdır. Həmin vəsaitin bazara intervensiya olunması üçün o pul manatla yox, dollarla olmalıdır. Manatla intervensiya etmək olmaz. İndi onu manata çevirib deyirlər ki, MB 3 milyard qazanıb. Bundan əlavə, 40 milyardın 34 milyardı Neft Fondunun vəsaitidir. O pulla da ciddi layihələr üzərində işlənilir. Həmin pulla sahibkarlığın inkişafı üçün vəsait ayırmaq olar. Amma kredit məsələsinə gəlincə isə, başqa mənbələr varsa, Neft Fonduna müraciət edilməməlidir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi