22-01-2016 [09:54]
Ötən ilin dekabrında həbs edilən Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyevin və qudası Eldar Mahmudovun bütün əmlaklarına əl qoyulub və satışa çıxarılır.
Mia.az "Yeni Müsavat”a istinadən xəbər verir ki, MTN işi üzrə xüsusi istintaq qrupunun əlində sabiq nazir Eldar Mahmudovun həm ölkə daxilində, həm də xaricdə dəyəri 1 milyardı aşan əmlakının siyahısı var. Qəzetə məlumat verən mənbə deyib ki, xüsusi istintaq qrupu Eldar Mahmudovu və onun ailə üzvlərini bir neçə dəfə dindirib. Əsas məqsəd isə MTN nazirin son 10 il ərzində sahibləndiyi mal-mülkün-bunların sırasında xarici bank hesabları da var-siyahısını müəyyənləşdirməkdir. İddia olunur ki, Eldar Mahmudovun oğlunun Londonda üzə çıxan 30 milyon funt-sterlinq (təxminən 48 milyon dollar) dəyərində mülkü, sadəcə, istintaq üçün bir "yem” kimi ortaya atılıbmış. Amma məlum olub ki, Mahmudovların daşınmaz əmlakının əsas hissəsi Avropanın digər ölkələrində, əsasən İspaniya və Çexiyadadır.
Əmlaklar istisnasız olaraq Mahmudovlar ailəsinin üzvlərinin adına olduğu üçün onları üzə çıxarmaq xüsusi çətinlik yaratmayıb. Ayyarım əvvəl Mahmudovun oğlu istintaq qrupunun dörd əməkdaşının nəzarəti altında ölkəni tərk edib və siyahı üzrə araşdırma başlayıb. İstintaqdan məlumatlı şəxs deyib ki, Mahmudovların Avropadakı əmlakları, sadəcə, baha deyil, onların içərisindəki mebellərin, çıl-çırağın və qab-qacağın qiyməti bir neçə milyonu aşır. Xəbərə görə, hələ ki mülklər satışa çıxarılmır, içərisindəki inventarlar siyahılaşdırılır, hər tərəfi didik-didik axtarılır. Güman etmək olar ki, istintaq onlar üçün maraqlı olan hansısa kompromat materialları da axtarır. E.Mahmudovun Rusiyada tikinti biznesinin olduğu bildirilir. Bu bizneslə bağlı da bir müddətdir araşdırma başlayıb və bu işə Rusiya hüquq-mühafizə orqanlarının da ciddi dəstək verdiyi gələn xəbərlər sırasındadır.
Paralel olaraq Mahmudovların Azərbaycandakı bütün əmlakları və şirkətləri də tam siyahılaşdırılıb. Sabiq nazirin ailəsinə məxsus "Caspian Crystal” holdinqinə daxil olan restoranlara, mağazalara, avtosalonlara, villalara, hətta tikintisi yarımçıq qalmış mülklərə belə "əl qoyulub”. "Bu, eynilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin həbsindən sonrakı proseslərdir. Eldar Mahmudovdan qazandığı və gizlətdiyi hər şeyi geri istəyirlər” deyə, mənbə bildirib.
Mahmudovun xəstə olması barədə yayılmış məlumatlara gəlincə, mənbə bunu təsdiqləmir. "Eldar Mahmudovun səhhətində əvvəllər də problem olmayıb, indi də özünü normal hiss edir” deyə, bildirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi