Azay Quliyev məsələ qaldırdı, İcra Hakimiyyəti problemi həll etdi

img

21-01-2016 [22:48]


Ötən il dekabrın 16-da cəbhənin Tərtər istiqamətindəki döyüşlərdə şəhid olmuş əsgər Rəşad Əlyar oğlu Cəfərzadənin 40 mərasiminin keçirilməsi və başdaşının qoyulması ilə bağlı ailəsinin maddi sıxıntı çəkməsi və bunun üçün yerli hakimiyyət orqanlarından yardım ala bilməmələri haqqında bir sıra saytlar, həmçinin, biz xəbər vermişdik.

TURKUSTAN.info-nun yenicə əldə etdiyi məlumata görə artıq şəhid əsgərimizin qəbirdaşı və 40 mərasiminin keçirilməsi üçün tələb olunan maddi problem yoluna qoyulub. 

Aldığıımız məlumata görə məsələ ilə millət vəkili Azay Quliyev şəxsən maraqlanıb. Millət vəkili Binəqədi Rayon İcra Hakimiyyətinin məsul şəxsləri ilə məsələni müzakirə edib. Artıq İH tərəfindən şəhid ailəsinə zəruri yarıdımın göstərildiyi haqqında millət vəkilinə məlumat verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA