Daha bir nazirin qəbul qrafiki açıqlandı

img

21-01-2016 [17:49]


İqtisadiyyat naziri Şahin Mustafayev yanvarın 22-də Saatlı rayonunda vətəndaşları qəbul edəcək.

İqtisadiyyat Nazirliyindən verilən məlumatda bildirilib ki, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Gənclər Mərkəzində (Saatlı şəhəri, H.Əliyev Meydanı) keçiriləcək. Görüşdə İmişli, Saatlı və Sabirabad rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün Nazirliyin office@economy.gov.az elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), Nazirliyin 195-2 Çağrı Mərkəzi, eyni zamanda Nazirliyin Aran regional bölməsi vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və Feysbuk səhifələrində xüsusi yaradılan "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA