21-01-2016 [17:32]
ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi və əlaqələndiricisi Amos Hokstayn Trend-ə müsabihə verib.
Mia.az müsahibəni təqdim edir:
- ABŞ və Azərbaycan arasında indiki münasibətləri necə qiymətləndirirsiniz?
- ABŞ-Azərbaycan münasibətləri möhkəmdir, ölkələr Azərbaycanın müstəqillik qazanmasından bəri əməkdaşlıq edirlər. Biz regional enerji təhlükəsizliyi sahəsində tərəfdaşlıq vasitəsilə ikitərəfli əməkdaşlığı möhkəmləndirdik. Dostlar arasında tez-tez olduğu kimi həmişə hər şeydə razılaşmırıq, lakin əməkdaşlığın vacibliyini aydın başa düşürük. Hər iki tərəf səylə çalışır ki, mümkün fikir ayrılıqları regional və beynəlxalq səviyyədə qarşılıqlı strateji maraqlarımıza təsir etməsin.
- Məlum olduğu kimi, Siz "Cənub Qaz Dəhlizi” layihəsini fəal şəkildə dəstəkləyirsiniz. Azərbaycanın regional və qlobal enerji təhlükəsizliyinə verdiyi töhfə barədə nə düşünürsünüz?
- Azərbaycan qlobal enerji təhlükəsizliyində müstəsna, xüsusilə də Avropanın enerji təhlükəsizliyində həlledici rol oynayır. 1990-cı illərdə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri layihəsi konseptuallaşdırıldı. Azərbaycan rəhbərliyi başa düşürdü ki, bu, təkcə neft kəməri layihəsi deyildi, eləcə də Azərbaycanın dünya ictimaiyyətinin və dünya enerji birliyinin üzvü qismində strateji rolunu göstərirdi. Həmin vaxt ABŞ Prezidenti Bill Klinton Azərbaycan rəhbərliyinin baxışlarını bölüşürdü.
Bu boru kəməri tarixdə ilk dəfə olaraq Xəzər regionundan neftin azad bazar qismində beynəlxalq bazarlara çatdırılmasına şərait yaratdı. Hesab edirəm ki, "Cənub Qaz Dəhlizi” Heydər Əliyevin vaxtında 1990-cı illərdə BTC ilə başlamış və Prezident İlham Əliyevin dövründə "Cənub Qaz Dəhlizi”nin reallaşdırılması ilə başa çatan dairəni yekunlaşdırır.
Hazırda Avropa bəzi ölkələri çətin vəziyyətə qoyan infrastruktrur mirasından əziyyət çəkir. Həmin ölkələr vahid dominant tədarükçü olan Rusiyadan qaz almaq məcburiyyətindədirlər. Rusiya bu mövqeyindən iqtisadi və siyasi təsir vasitəsi kimi istifadə edir.
"Cənub Qaz Dəhlizi” Avropada hazırda yeganə əsl şaxələndirmə layihəsidir. Azərbaycandan qaz "Cənub Qaz Dəhlizi” üzrə Avropaya tədarük ediləcək. "Cənub Qaz Dəhlizi” yeni marşrut üzrə yeni qaz tədarükünü təmin etməklə rəqabət üçün əsl imkan yaradır.
Buna görə də hesab edirəm ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır. Enerji təhlükəsizliyi hər bir ölkə üçün iqtisadi və milli təhlükəsizliyinin əsasıdır. Bu o deməkdir ki, Azərbaycan Avropanın milli və iqtisadi təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır.
- Dövlət katibi Con Kerri və digər yüksək vəzifəli şəxslər çıxışlarında tez-tez "Cənub Qaz Dəhlizi”nə toxunurlar. Həmçinin hamı ABŞ-ın Bakı-Tbilisi-Ceyhan strateji və uğurlu neft boru kəməri layihəsini qətiyyətlə dəstəklədiyini xatırlayır. ABŞ "Cənub Qaz Dəhlizi”nə dəstək üçün nə edir? Sizin bu prosesdə rolunuz nədən ibarətdir?
- Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi kimi, təxminən son 5 il ərzində vaxtımın xeyli hissəsini "Cənub Qaz Dəhlizi”nin uğurunu təmin etməyə həsr etdim.
Uzun illər əvvəl, BTC layihəsi üzrə müzakirələr başlayanda insanların çoxu bu layihənin yaratdığı siyasi problemləri nəzərə alaraq onun imkanlarına şübhə ilə yanaşırdı. Lakin o, reallığa çevrildi.
BTC-ni daha çətin olan "Cənub Qaz Dəhlizi" layihəsi ilə müqayisə edin. Bu layihə Azərbaycandan Gürcüstan, Türkiyə, Yunanıstan vasitəsilə Albaniyaya və yekunda Yunanıstandan Bolqarıstana interkonnektorlarla İtaliyaya infrastrukturun yaradılmasını tələb edir.
Bu layihəyə bəzi ölkələr, bir neçə idarəetmə sistemi, müxtəlif normalar, eləcə də hüquqi məsələlərin geniş spektri cəlb edilib. Belə boru kəmərinin tikintisinin texniki çətinliyindən hələ danışmıram.
Bu layihədə iştirak etməyən və ondan iqtisadi mənfəət qazanmayan ABŞ şirkətləri bu layihəni o qədər həlledici hesab edir ki, onu əvvəldən bu günədək izləyirlər.
Biz dəstək vermək üçün, demək olar, hər həftə işləyirik və mümkün olan hər şeyi edirik ki, yaranan fikir ayrılıqlarını aradan qaldıraq və ortaya çıxan problemlərin həllinə kömək edək.
Mən diplomatik öhdəliklərin təfərrüatlarını deyə bilmərəm, lakin sizi əmin edə bilərəm ki, mən və komandam hər həftə bu məsələləri müzakirə edirik. Bilməyinizi istəyirəm ki, bu layihəyə sadiqliyini dövlət katibi Con Kerri, vitse-prezident Co Bayden və Prezident Barak Obama da göstərir. Hamı bu layihəni təkcə sözdə deyil, fəaliyyəti ilə də dəstəkləyir.
- Bu yaxınlarda konqresmen Kris Smit tərəfindən erməni lobbisinin təşəbbüsü ilə layihə təqdim edildi. Bu qanun layihəsi təkcə ABŞ-Azərbaycan münasibətlərinə zərər vurmur, həm də ABŞ-ın dəstəklədiyi enerji təhlükəsizliyi və nəqliyyat kimi sahələrdə strateji layihələri pozur, ABŞ-ın Avropadakı müttəfiqlərinə, eləcə də İsrail və Türkiyəyə mənfi təsir edir. Bu qanun layihəsi barədə nə düşünürsünüz? Bəziləri deyir ki, ABŞ administrasiyası ona qarşıdır, digərləri isə hesab edir ki, onun arxasında Dövlət Departamenti dayanır. Bu suallara dəqiq cavab varmı?
- Başa düşmək lazımdır ki, ABŞ-da hakimiyyətin 3 qolu var və Konqresin öz rolu mövcuddur. Konqresin hər üzvünün imtiyazı, qanunları təqdim etmək hüququ var.
Bu, uzun prosesdir və təqdim edilən qanunun Nümayəndələr Palatasında və Senatda qəbul edilməsi tələb olunur, yalnız bundan sonra Prezident istədiyi təqdirdə onu rəsmiləşdirmə qaydasına uyğun olaraq qanun qismində imzalaya bilər.
Mən Konqres üzvlərinin nəyi etməli olduğunu və ya olmadığını şərh etmirəm. Konqesin hər bir üzvünün baxışlarını ifadə etmək və qanunları təqdim etmək hüququ var. Lakin xatırladım ki, hazırda bu, yalnız qanun layihəsidir. ABŞ Dövlət Departamenti qanun yaradıcılığında iştirak etmir, bu, ABŞ Konqresinin səlahiyyətindədir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi