Xarici diplomların tanınması qaydaları dəyişir: Təkliflər Nazirlər Kabinetinə

img

21-01-2016 [11:50]


Xarici ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) qaydaları ilə bağlı Nazirlər Kabinetinə təkliflər paketi təqdim edilib. 

Təkliflər paketində xarici ali təhsil sənədlərinin tanınması zamanı əmək bazarına çıxış və elmi fəaliyyət hüquqlarının ayrılması təklif olunub.
Qeyd edək ki, mövcud qaydalara görə Təhsil Nazirliyinin verdiyi şəhadətnamə ilə xarici ali təhsil sənədlərinin tanınması zamanı həm elmi fəaliyyət (magistr, doktorant səviyyəsində fəaliyyət göstərmək hüququ), həm də əmək bazarına çıxış hüququ verilir. Lissabon Konvensiyasına görə, isə bu iki sənəd ayrı olmalıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA