Prezident azərbaycanlı milyarderlə görüşdü

img

20-01-2016 [23:08]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Rusiyanın "LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.

Görüşdə qeyd olundu ki, "LUKOIL” şirkəti iyirmi ildən artıqdır Azərbaycanda uğurla fəaliyyət göstərir və etibarlı tərəfdaşdır. "LUKOIL” şirkəti uğurla icra edilən "Şahdəniz” layihəsinin iştirakçısıdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə "LUKOIL” arasındakı əməkdaşlıq artıq yeni sahələri əhatə edir.

Söhbət zamanı Azərbaycan ilə "LUKOIL” şirkəti arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olundu.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA