20-01-2016 [18:12]
Azərbaycan tarixinin qanlı, eyni zamanda şanlı səhifələrindən biri olan 20 Yanvar hadisələri ilə bağlı real həqiqətlərin dünyaya çatdırılması vətəndaşlıq borcudur. Bu istiqamətdə xüsusilə siyasətçilərin və elm adamlarının üzərinə ciddi missiya düşür. Unutmamaq lazımdır ki, 20 Yanvar yalnız bir xalqa qarşı silahlı terror aktı deyildi. Bu həm də SSRİ kimi nəhəng bir imperiyanın çöküşünə bilavasitə təsir edən, onu şərtləndirən tarixi hadisədir.
Azərbaycanın görkəmli alimi, geologiya elmləri doktoru, professor Çapay Sultanov son bir neçə ildə 20 Yanvar hadisələri ilə bağlı kifayət qədər geniş araşdırmaların və dərin analizin nəticəsi olan kitablar nəşr etdirmişdir. Həmin kitablar alimin şəxsi saytında – sultanov.azeriland.com ünvanındakı elektron kitabxana bölməsinə yerləşdirilib.

Şəkildə: Ç. Sultanovun "İmperiyanın son zərbəsi” kitabının ingiliscə və rusca nəşri
Qeyd edək ki, bu sayta dünyanına az qala hər yerindənb baş vurulur və onu indiyədəık milyonlarla internet istifadəçisi ziyarət edib. Təsadüfi deyil ki, dünya informasiya məkanında saytların araşdırılması ilə məşğul olan tanınmış "StatMyWeb” (http://www.statmyweb.com/) şirkəti çoxillik araşdırmalarının nəticələrini dərc edib. Şirkətin maraq dairəsinə, populyarlığına görə, Azərbaycanın görkəmli alimlərindən biri professor Çapay Sultanovun www.sultanov.azeriland.com saytı da düşüb. Monitorinq nəticəsində on beş illik fəaliyyəti nəticəsində sayta gün ərzində 16.760 giriş olduğu müəyyənləşib. Bu isə bir ay ərzində 528.000, bir il ərzində isə 6.336.000 giriş deməkdir. On beş illik fəaliyyəti nəticəsində adıçəkilən sayta 94.040.000 dəfə baxış olub. Heç şübhəsiz, bu göstərici bir alimin yaradıcılığını əhatə edən sayt üçün fenomenal nəticədir.
Ç. Sultanovun 20 yanvarla bağlı məqaləsinin dərc edildiyi İtaliya jurnalının üz qabığı
İndiyə qədər heç bir kənar kömək, o cümlədən, hökumət dəstəyi olmadan 20 Yanvarla bağlı real tarixi həqiqətlərin dünyaya çatdırılması üçün əlindən gələni edən, çoxsaylı kitabların nəşrinə nail olan Çapay Sultanovun bu günlərdə İtaliya mətbuatında dərc olunan məqaləsi həmin ölkədə böyük maraqla qarşılanıb. Bu məqalənin elə bizim oxucular üçün də maraqlı ola biləcəyini nəzərə alaraq onun dilimizə tərcüməsini məlum hadisələrin 16-cı ildönümündə sizə təqdim edirik.

Çapay Sultanovun "İmperiyanın son zərbəsi” kitabının türkcə nəşrləri

Qorbaçovun tankları Azərbaycan xalqının azadlıq əzmini əzə bilmədi.

Aclıqla bağlı Andrey Qonçarov deyir: "Baxın, 1992-ci il yanvarın biri üçün keçi, qoyun və quşları saymadan, Rusiya axurlarında 90,1 milyon baş iri buynuzlu mal-qara və donuz var idi. Indiki faktiki istehlak normalarına görə bu, beş illik ət ehtiyatıdır!

Boş mağazalar və bu hadisə ilə bağlı hər şey barədə müəllifin öz versiyası var - SSRI-də, sonradan Rusiyada da məhsullar əvvəlki illərdən nə çox, nə də az idi - adekvat idarə sistemi, vahid iqtisadi ideologiya yox idi və SSRI-nin maliyyə sistemi dağılmışdı. Müəllif SSRI-nin öz mövcudluğunu Belorusiyada, Belovej meşəsində bitirməsi barədə geniş yayılmış fikrə tərəfdar deyil - təkrar edirik, o öz mövcudluğunu 1990-cı ilin 20 yanvarında Bakıda itirmişdir! SSRI-nin Belovej razılaşmasından sonra dağılması Qorbaçov və onun silahdaşlarının uydurduğu böyük blef idi. ABŞ ştatları qubernatorlarının yığışıb ABŞ-ın artıq mövcud olmadığını bəyan etməsi situasiyasını təsəvvür etmək olarmı? Yaxud Fransa regionlarının başçıları? Yaxud da Almaniya federal ərazilərinin rəhbərləri? Bu yalnız SSRI-də olduğu kimi, ölkənin mərkəzi hakimiyyətinin çökdüyü və ölkə liderinin siyasi meyit olduğu halda mümkündür. Məhz Azərbaycan xalqı Imperiya tanklarına qarşı dim-dik dayandı, Imperiyanın sonuncu zərbəsi məhz ona tuş gəldi! Faşistlərin Moskvaya hücumu zamanı Moskva mühəndislərindən biri səngərdə qışqırmışdı: "Yoldaşlar! Hücumun başlanması üçün kimsə birinci olaraq ayağa qalxmalıdır!”. Imperiyanın son illərində məhz Azərbaycan xalqı dik ayağa qalxdı. Bu hadisədən sonra SSRI-nin bütün respublikaları Qorbaçov yenidənqurmasının tank arqumentinə gəlib çatdığını başa düşdülər və Moskva ilə bütün siyasi və iqtisadi əlaqələri başqa yönə çevirməyə başladılar. SSRI-nin Qorbaçov yenidənqurması zamanı 30-40% səviyyəsində fəaliyyət göstərmiş idarə sistemi və respublikalar arasındakı iqtisadi əlaqələr tamamilə çökdü - respublikalar öz aralarında barter münasibətlərinə keçdilər - heç kim mərkəzləşdirilmiş qaydada Moskvaya heç nə vermək istəmədi. Bütün respublikalar sovet pullarından can qurtarmağa, öz aralarında möhkəm valyuta ilə alverə başladı.

Bakı şəhərini zəbt planı. Tərtibçi Çapay Sultanov
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi