“Azəryolservis”də kütləvi ixtisarlar başlayır

img

20-01-2016 [17:49]


Saleh Məmmədov "Azəryolservis” ASC-nin sədri vəzifəsinə təsdiqlənəndən sonra bu quruma daxil olan 115-dən artıq idarənin bütün işçilərindən işdən çıxarılma barədə ərizə alınıb.

Mia.az xəbər verir ki, qurumdakı mənbələrin azadliq.info-ya verdiyi məlumata görə, bu, kütləvi ixtisar gözləntisi ilə bağlıdır.

Mənbənin sözlərinə görə, bundan sonra qurumların sayı 40-dan az olacaq. Bu da onunla əsaslandırılır ki, qarşıdakı illərdə büdcədə yol lahiyələrinə əvvəlki qədər pul ayrılmayacaq. Söhbət ancaq təmir işlərindən gedir. Bu işləri də regional idarələr həyata keçirə bilərlər.

Ərizələrin əvvəlcədən alınması isə, onun iddiasına görə, kütləvi ixtisarlardan yarana biləcək narazılığa hesablanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA