20-01-2016 [13:44]
"Onlar ağacların arxasında olan meşələri görmürlər və düşünürlər ki, "Qazprom" ətrafında cərəyan edən qalmaqal stəkanda olan fırtınadır. Əslində bu, Tiflis, İrəvan və Bakı arasında geosiyasi üçbucağı poza bilər. Bu üçbucağın balansını Eduard Şevardnadze və hətta Mixail Saakaşvili saxlaya bilirdi. Mən Rusiya ilə münasibətlərin normallaşmasını, diplomatik münasibətlərin bərpasını dəstəkləyirəm. Burada məsələ başqadır. Rusiyada yaşayan, 15 təşkilata sahib bir milyon yarım azərbaycanlı qalmaqallı bəyanatla çıxış edir ki, əgər Dövlət Duması "erməni soyqırımı"nı inkar edənlərə cəza verilməsi haqqında qanunu qəbul edəcəksə, biz addımbaşı bu qanunu pozacağıq. Bütün Rusiya Azərbaycana qarşı işləyir. Gəlin, düz deyək, Azərbaycanın arxasında kim durur - Türkiyə. Türkiyənin arxasında isə NATO. Onların arxasında kim durur? Heç kim...".
Mia.az ANS-ə istinadən xəbər verir ki, bu qalmaqallı açıqlamanı Gürcüstan Diplomatik Akademiyasının eksperti, politoloq Soso Çinçadze edib. Regionda böyük oyunun getdiyini deyən politoloq bildirib ki, "Qazprom" şirkəti təbii qazı Gürcüstana 200 dollara və ya 180 dollara satacaq: "Bu məni narahat etmir. Məni narahat edən Rusiyanın bizim köməyimizlə şimal tərəfdən Ermənistanın təcrid etməsini pozmaq və Gürcüstandan Azərbaycana "soyuq müharibəni" elan etmək istəyidir. Azərbaycan bizə bunu bağışlamayacaq. Çünki Azərbaycan üçün bu, prinsipial məsələdir. Orada dəhşətli böhran var, neft və qazın qiyməti düşüb. Onların milli valyutası qiymətdən düşüb. Rusiya Əliyevin Türkiyəyə dəstəyini bağışlamır və bundan Azərbaycana qarşı istifadə edir. Əliyev praktiki olaraq öz bəyanatlarıyla Rusiyaya müharibə elan edib. Putin qisası götürməyə qərar verib və biz buna cəlb edilmişik... Qaz tələb edənlər nə qədər çox olsa, Bakı üçün daha yaxşıdır".
Ekspert Gürcüstanın Rusiya ilə qaz danışıqlarını aparmasına da münasibət bildirib: "Mən anlamıram, niyə biz tələsirik? İrandan sanksiyalar götürüldü, payızda İrandan qaz almaq mümkün olacaq, belə də nə üçün biz xoşagəlməz hadisələrə qarışırıq?! Bundan başqa, məsələ ondadır ki, "Qazprom" la hansı şərtlərlə müqavilə bağlandığını heç kim bilmir. Mən bizim hüquqşünaslarımızın, "Qazprom"da çalışan hüquqşünasların potensialını bilirəm. Onlar istədiklərini barmağı ətrafında fırladır. "Qazprom" qarşısında, hətta Avropa hüquqşünasları ağlayırlar, indi təsəvvür edin gürcü hüquqşünaslarıyla nə olacaq?"
""Qazprom"la müqavilədən hansı konkret təhlükələr gözlənilir" sualına Çinçadze belə cavab verib:"Gürcüstan tranzit funksiyanı, strateji müttəfiqini - Azərbaycanı itirəcək. Bizim diplomatik manevr etmə imkanları məhdudlaşacaq. Məsələn, bu gün Rusiya düşünür ki, biz Azərbaycanla tutaşacağıq və azərbaycanlılar da belə düşünürlər. Amma "Qazprom"la müqavilədən sonra bizdə diplomatik manevr etmə üçün imkanlar olmayacaq. Anlamıram, niyə biz bu balansı süni şəkildə pozuruq?!"
Hazırda isə Gücüstanın qaz bazarında ən böyük pay SOCAR-a məxsusdur. Qaz qalmaqalı böyüdüyü bir vaxtda Gürcüstanın baş naziri Azərbaycana, prezident İlham Əliyev isə Gürcüstana müxtəlif vaxtlarda səfər etdi. Həmin vaxtda qaz qalmaqalı səngimişdi. Amma son bir neçə gün ərzində Gürcüstanın Rusiya və İrandan qaz alması müzakirə mövzusuna çevrilib. Məlumata görə, Gürcüstan hökuməti İranla qaz danışıqları aparır. Gürcü ekspertlər İrandan Gürcüstana qaz nəqlinin real olmadığını irəli sürürlər. Onlar buna səbəb kimi infrastrukturun olmamasını göstərirlər.
İrandan Gürcüstana qaz nəqli Ermənistanın ərazisindən nəzərdə tutulur. Amma maraqlıdır ki, Ermənistan hakimiyyəti bu barədə heç bir rəy irəli sürmür. Yəqin ki, Ermənistan Rusiyanın təziqi ilə məsələyə münasibət bildirmək istəmir. Çünki İranın Ermənistan ərazisindən Gürcüstana qaz ötürməsi Rusiyanın bazardan çıxması deməkdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi