19-01-2016 [19:48]
Bu gün Daxili İşlər Nazirliyində (DİN) Daxili Qoşunların 2015-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş naziryanı əməliyyat müşavirəsi keçirilib.
Mia.az DİN-ə istinadən xəbər verir ki, müşavirədə çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2015-ci ildə cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, bütövlükdə ordu quruculuğu, o cümlədən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi sahəsində aparılan işlərin də geniş vüsət aldığını xatırladıb, Qoşunların maddi-texniki bazasının daha da möhkəmləndiyini, müasir silah və texnika alındığını, şəxsi heyətin sosial-məişət problemlərinin həlli istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Hesabat dövründə Daxili Qoşunlar tərəfindən qanunvericiliklə müəyyən edilmiş vəzifələrin icrası istiqamətində bir sıra işlər görülüb, şəxsi heyət ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlıqla mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirak edib, yüksək döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlıq nümayiş etdirib.
Daxili işlər nazirinin müavini-Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov xidməti-döyüş fəaliyyətinin yekunları barədə məruzə ilə çıxış edib.
Komandan deyib ki, ötən il qarşıya qoyulan əsas tapşırıqlardan olan I Avropa Oyunları və atıcılıq üzrə Dünya Kuboku kimi mötəbər beynəlxalq tədbirlər zamanı Qoşunlar digər hüquq-mühafizə orqanları ilə birlikdə müəyyən edilmiş vəzifələri peşəkarlıqla həyata keçirib. Bakı, Mingəçevir və Qəbələ şəhərlərində keçirilmiş beynəlxalq yarışlar və digər kütləvi tədbirlər zamanı həvalə edilmiş ictimai qaydanın və ictimai təhlükəsizliyin təmini üzrə xidmətin aparılması yüksək peşəkarlıqla icra olunub. May ayında paytaxtın Binəqədi rayonunda yerləşən çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Daxili Qoşunların xüsusi təyinatlıları və helikopter ekipajı fövqəladə halın fəsadlarının aradan qaldırılmasında fəal iştirak edərək axtarış tədbirləri nəticəsində köməksiz qalmış 6 nəfəri təxliyyə ediblər.
Hesabat dövründə Qoşunlarda döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə şəxsi heyətin praktiki bacarığının artırılması, fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi, təlim-tədris bazasının inkişaf etdirilməsi döyüş təliminin başlıca vəzifələrini təşkil edib. Bununla yanaşı, polis orqanları ilə birgə qarşılıqlı əlaqənin və fəaliyyətlərin təkmilləşdirilməsi də təlim prosesində prioritet məsələlərdən olub.
Nazirliyin rəhbərliyinin tapşırığına uyğun olaraq, hərbi qulluqçuların mənəvi-psixoloji hazırılığının yüksəldilməsi, o cümlədən şəxsi heyətin Vətənə və hərbi anda sədaqət, hərbi nizamnamələrin tələblərinə sözsüz əməl edilməsi ruhunda tərbiyə olunması, onlarda xidmətin çətinliklərinə dözüm keyfiyyətlərinin formalaşdırılması istiqamətində zəruri tədbirlər görülüb.
Qanunçuluğun, nizam-intizamın möhkəmləndirilməsi, hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarına uyğun riayət olunması sahəsində həyata keçirilən ardıcıl tədbirlərin nəticəsi olaraq əvvəlki dövrlə müqayisədə ötən il ölüm halları 71 faiz, cinayətlərin sayı 80 faiz, kobud intizam pozuntuları 48 faiz, ümumi hadisələrin sayı 24 faiz, bədən xəsarətlərinin sayı 21 faiz azalıb.
Bildirilib ki, şəxsi heyətin kazarma-məişət şəraitinin müasir standartlara uyğunlaşdırılması, hərbi hissə və bölmələrin silah və xüsusi texnika ilə təchizatı istiqamətində işlər bilavasitə uğurla davam etdirilib.
Hesabat dövründə məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Sumqayıt şəhərindəki hərbi hissədə 60 mənzilli yataqxana binası, paytaxtın Nərimanov rayonunda yerləşən hissədə yeni qərargah və əsgər kazarması, Hacıqabulda 4 mərtəbəli əsgər kazarması, tibb məntəqəsi, hamam-camaşırxana kompleksi lazımi avadanlıqlarla təmin edilərək istifadəyə verilib.
Ötən ilin sonlarında Nardaranda dövlətin konstitusiya quruluşunun əsasları əleyhinə yönəldilən hərəkətlərin qarşısının alınması, qanunçuluğun, sabitliyin və ictimai qaydanın bərpası məqsədilə Daxili Qoşunların məhdud sayda şəxsi heyəti də cəlb edilməklə keçirilmiş xüsusi əməliyyat nəticəsində qəsəbədə ictimai asayiş və təhlükəsizlik təmin edilib, dövlət və bələdiyyə orqanlarının normal işi ilə bağlı aidiyyatı qurumlara zəruri köməklik göstərilib.
Müşavirəyə yekun vuran daxili işlər naziri Ramil Usubov ötən hesabat ilində Daxili Qoşunların fəaliyyətini, ümumən, yüksək qiymətləndirib, qarşıda duran vəzifələrdən danışıb, onların həlli istiqamətində konkret tapşırıq və tövsiyələrini verib.
O deyib ki, ötən il Daxili Qoşunların şəxsi heyəti asayişin qrup halında pozulması, xüsusi əməliyyatlar və fövqəladə hallar zamanı qarşıya qoyulmuş tapşırıqları layiqincə yerinə yetirib. Cari ildə respublikada dövlət əhəmiyyətli tədbirlərin, o cümlədən mötəbər idman yarışları və beynəlxalq forumların keçiriləcəyini diqqətə çatdıran nazir bu baxımdan Qoşunlarda bütün təşkilati tədbirlərin müəyyənləşdirilərək vaxtında icrasını, qüvvə və vasitələrin hər bir tədbir ərəfəsində tam hazırlıq vəziyyətinə gətirilməsini tələb edib.
General-polkovnik Ramil Usubov hərbi hissələrdə idarəçilik fəaliyyətinin, döyüş xidmətinin təşkili və aparılmasının, hərbi qulluqçuların Vətənə, dövlətə və dövlətçiliyə sədaqət ruhunda tərbiyə edilmələrinin, mənəvi-psixoloji, fiziki və döyüş hazırlığının daha da yüksəldilməsinin, ekstremal hallar da daxil olmaqla, onların qanunvericiliklə müəyyən edilmiş qaydada polis əməkdaşları ilə bərabər istənilən əmr və göstərişlərin ən yüksək səviyyədə icrasına hər zaman hazır olmalarının, bu zaman şəxsi heyət tərəfindən qanunçuluğa, insan hüquq və azadlıqlarına ciddi riayət edilməsinin zəruriliyini bir daha qeyd edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi