Tender şərti dəyişdi - Milli Məclisdən yeni qərar

img

19-01-2016 [16:21]


Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda  dəyişikliklər edilməsi barədə qanun layihəsini qəbul edib.

Dəyişikliyə əsasən, satınalan təşkilat tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20%-ə qədər həcmində güzəştli düzəliş tətbiq edəcək və bu, məcburi olacaq.

Qeyd edək ki, buna qədər qüvvədə olan qanuna görə, satınalan təşkilat tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 15%-ə qədər həcmində güzəştli düzəliş tətbiq edilib və bu məcburi xarakter daşımayıb.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA