“AGBank”-dan birləşmə anonsu - İdarə Heyətinin sədri danışdı

img

19-01-2016 [15:36]


"Azərbaycanda bankların birləşməsi ilə bağlı ölkə prezidenti və Mərkəzi Bank tərəfindən edilən çağırışlara müsbət yanaşırıq”.

Bunu fins.az-a açıqlamasında "AGBank”ın İdarə Heyətinin sədri Azər Mövsümov deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi bank hələ ki, konsolidasiya ilə bağlı başqa bir bankla danışıq aparmasa da, "AGBank”ın başqa bankla birləşəcəyi istisna deyil: "Konsolidasiya həmişə müzakirə obyekti olub, bu gün xüsusilə aktualdır. Bu məsələnin reallaşacağını istisna etmirik. Başqa bankla birləşə bilərik”.

Qeyd edək ki, bu bankın sahibi sabiq deputat Çingiz Əsədullayevdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA