19-01-2016 [12:05]
İstiqlalçı deputat, Milli Təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbərin sədri olduğu Azad Demokratlar Partiyası "AzPolitika.info” saytına qarşı təzyiqləri pisləyən bəyanat qəbul edib.
Xatırladaq ki, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi (BDYP), polkovnik Nuşirəvan Səfərovun xüsusi ittiham qaydasında iddiası əsasında, yanvarın 14-də Xətai Rayon Məhkəməsinin hakim Habil Məmmədovun sədrliyilə keçirilən prosesdə "AzPolitika.info” saytının rəhbəri Elnur Məhərrəmli barəsində 1 il 6 ay islah işi cəzası kəsilib. Bu müddət ərzində baş redaktorun əməkhaqqının 15 faizi dövlət nəfinə tutulacaq. E.Məhərrəmli bu qərarı "qərəzli və sifarişli” adlandırıb.
Azad Demokratlar Partiyasının bugünkü bəyanatında bildirilir ki, cəmiyyətin və hökumətin azad sözə ehtiyacı olduğu bir dövrdə ictimai rəyin formalaşmasında ciddi rola malik olan xəbər portallarından birinin rəhbərinin belə absurd ittiham əsasında cəzalandırılması yolverilməzdir:
"AzDP demokratiya və insan haqlarının durumuna görə Azərbaycana qarşı beynəlxalq sanksiyaların gündəmə gəldiyi, ölkədə sosial narazılığın artdığı, eyni zamanda mətbuata, fikir və söz azadlığına qarşı saxta ittahamlarla qurulan məhkəmələrin səngidiyi bir dövrdə yenidən bu mövzunun gündəmə gətirilməsini ölkədə fundamental azadlıqların, o cümlədən ifadə azadlığının təmin olunması istiqamətində geriyə doğru atılmış bir addım kimi dəyərləndirir və yolverilməz hesab edir. Çıxarılan hökm xüsusi narahatlıq yaradır və bu məhkəmə hökmü cəmiyyət tərəfindən söz və mətbuat azadlığının boğulmasını hədəfləyən bir addım kimi dəyərləndirilir.”
Bəyanatda o da bildirilir ki, "daima fundamental azadlıqları, o cümlədən ifadə azadlığını müdafiə edən AzDP, baş redaktorun barəsində qəbul olunmuş əsassız və qeyri-adekvat məhkəmə hökmünün ləğv edilməsini tələb edir”.
Qeyd edək ki, BDYP rəisi "AzPolitika.info” saytının 31 avqust tarixli buraxılışında yayımlanan "Nuşirəvan və "bayquşlarının” sərgüzəştləri – DYP mafiyası məğlubedilməzdir?!” adlı yazıda təhqir olunduğunu iddia edib. E.Məhərrəmli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi