Siqaretin qiyməti ilə bağlı rəsmi - Açıqlama

img

19-01-2016 [10:41]


Bakı şəhərinin bir sıra satış nəqtələrində bu axşamdan etibarən siqaretlərin qiymətlərində əhəmiyyətli ucuzlaşmanın qeydə alınması xəbəri yayılıb.

Bir sıra xəbər saytları bildiriblər ki, markasından asılı olaraq siqaretlərin qiyməti 25 faizdən 30 faizə qədər aşağı düşüb.

Lakin bu xəbər təsdiqini tapmır. Virtualaz.org-un İqtisadiyyat Nazirliyindən aldığı məlumata görə, siqaretin qiyməti ilə bağlı hələlik heç bir yenilik yoxdur.

Xatırladaq ki, dekabr ayının sonlarında siqaretin qiyməti təxminən 20%, yanvar ayının ortalarında isə daha 20% bahalaşmışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA