19-01-2016 [10:07]
Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK), dairə seçki komissiyaları və məntəqə seçki komissiyaları yaxın vaxtlarda yenidən formalaşdırılacaq.
Seçki Məcəlləsinə əsasən, MSK-nın və aşağı seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir. Seçki Məcəlləsinə görə, MSK-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən partiyaları təmsil edir.
MSK-nın hazırkı tərkibinə Məzahir Pənahov (sədr), Natiq Məmmədov (sədr müavini), Arifə Muxtarova (katib), Mikayıl Rəhimov (katib), üzvlər Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərov, Bəxşeyiş Əsgərov, Almas Qəhrəmanlı, Akif Qurbanov və Etibar Quliyev daxildir.
Onların arasında Akif Qurbanov MSK-da Ümid Partiyasını təmsil edir. Noyabrın 1-də keçirilən parlament seçkilərində Ümid Partiyasının sədri İqbal Ağazadənin deputat olduğu 35 saylı Xətai üçüncü seçki dairəsindən Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə seçilib. Bu da o deməkdir ki, MSK-nın yeni tərkibində Ümid Partiyası təmsil olunmayacaq.
MSK-nın yeni tərkibində dəyişiklik edilməyəcəyi halda yalnız Akif Qurbanovun boş qalan yerinə hansısa azlıqda olan parlament partiyasının təmsilçisi təsdiqlənməli olacaq. Həmin partiyanın parlamentdə ilk dəfə olaraq təmsilçilik əldə eləyən partiyalardan biri (Vəhdət, ASDP, ADMP) olacağı istisna deyil.
MSK sədrinin kimliyinə gəlincə, məlumatlara görə, böyük ehtimalla bu dəfə də hakimiyyət bu vəzifəni Məzahir Pənahova həvalə edəcək.
Yeni Milli Məclisdə YAP 69 deputatla, VHP iki deputatla, BAXCP, ADİSP, BQP, MDHP, ASRP, Vəhdət, VBP, ADMP və ASDP isə hərəsi bir deputatla təmsil olunur. Qalan deputatlar isə bitərəflərdir.
Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli "Yeni Müsavat”a açıqlamasında bildirib ki, seçki komissiyalarının yeni tərkibdə formalaşacağının nə vaxt baş verəcəyi ilə bağlı dəqiq informasiyaya malik deyil: "Mən bu məsələ ilə bağlı maraqlanmışam. Məlumatıma əsasən 2010-cu ilin noyabrında keçirilmiş seçkilərdən sonra seçki komissiyalarının formalaşması 2011-ci il fevral ayının ortalarında həyata keçirilmişdi. Bu dəfə nə vaxt olacağı barədə bizdə dəqiq məlumat yoxdur. Ola bilər ki, bu dəfə də fevralda formalaşsın. Şübhəsiz ki, Vəhdət Partiyası parlament partiyası olduğu üçün seçki komissiyalarında təmsil olunacaq. Müəyyən dairə və məntəqə seçki komissiyalarında yəqin ki, proporsional bölgü nəticəsində Vəhdət də təmsil olunacaq. Mərkəzi Seçki Komissiyasında bizim partiyanın nümayəndəsinin olub-olmayacağını isə dəqiq deyə bilmərəm. Çünki 6 yer var və parlamentdə azlıqda qalan partiyaların sayı 10-dur. İndi görək həmin 6 yerə bu 1 partiyadan hansılarının təqdim etdiyi namizədlər daxil olacaq. Əlbəttə, biz istərdik və arzu edərdik ki, Vəhdət MSK-da təmsil olunsun”.
MSK katibliyinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli isə bildirib ki, qanunvericiliyə görə Mərkəzi Seçki Komissiyasının yeni tərkibi yeni seçilmiş Milli Məclis fəaliyyətə başlayandan sonra Milli Məclis tərəfindən təsdiqlənməlidir: "Yeni Milli Məclis fəaliyyətdədir və qanun Milli Məclisə istənilən vaxt Mərkəzi Seçki Komissiyasının yeni tərkibini formalaşdırmaq səlahiyyətini verir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi