Gömrük Komitəsi "Binə"dəki sahibkarların iddialarına cavab verdi - Rəsmi

img

18-01-2016 [17:06]


Dövlət Gömrük Komitəsi bu gün bəzi kütləvi informasiya vasitələrində "Binə" ticarət mərkəzində çalışan bir qrup sahibkarın gömrük rüsumlarının artırılması ilə bağlı fikirlərini əks etdirən məlumatlara münasibət bildirib.

Mia.az Komitənin saytına istinadən xəbər verir ki, ölkəyə idxal olunan bütün mal və nəqliyyat vasitələri yalnız qanunvericiliklə nəzərdə tutulub, "Gömrük Tarifi Haqqında Qanun"a uyğun olaraq vergi və rüsumlara cəlb edilir: "İdxal əməliyyatları zamanı lazım olan müvafiq sənədlər vaxtında və düzgün olaraq gömrük orqanına təqdim edildikdə ən qısa zaman kəsiyində gömrük rəsmiləşdirilməsi həyata keçirilir".

 
Xatırladaq ki, Bakı Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib, mövcud qanunvericiliyin tələbləri onlara ətraflı izah edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA