18-01-2016 [16:46]
Bu gün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin (ƏƏSMN) Cəlilabad rayon şöbəsində vətəndaşların ünvanlı sosial yardım almaları məqsədilə fərdi qaydada ərizələrinin qəbulu keçirilib.
Mia.az APA-ya istinadən xəbər verir ki, qəbulda rayonun 35 ərazi vahidliyindən sakinlər iştirak edib. Nəticədə sıxlıq yaranıb, bəzi vətəndaşlar qəbulun gedişindən narazı qalıblar. Bununla yanaşı, sakinlər süni bahalaşmağa etiraz edib, banklara olan kredit borclarını ödəyə bilməmələrindən də şikayət ediblər.
Cəlilabad Rayon İcra Hakimiyyətindən (RİH) APA-nın cənub bürosuna bildirilib ki, ƏƏSMN-nin rayon şöbəsində sakinlərdən ərizələrin qəbulu elektron qaydada keçirilməli olduğu halda, hazırlıq işlərinin başa çatdırılmaması səbəbindən bu iş baş tutmayıb. Ona görə də rayonun 35 ərazi vahidliyindən vətəndaşların eyni gündə şöbəyə müraciət etməsi problem yaradıb.
O da bildirilib ki, RİH rəhbərliyi demək olar ki, hər gün vətəndaşların qəbulu və onların problemlərinin həlli ilə məşğuldur: "Elə sözügedən məsələ ilə də bağlı rayon rəhbərliyi əhali ilə görüşərək onların narahatlığına heç bir əsasın olmadığını, müraciətlərinin araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib".
"Astara rayonunda tam sabitlik hökm sürür, heç bir aksiya keçirilməyib. Camaat öz cari iş-gücü ilə məşğuldur”. Bunu isə APA-nın cənub bürosuna Astara Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Allahverən Mahmudov deyib.
Onun sözlərinə görə, rayonun Şahağacı kəndində baş vermiş hadisə bank fırıldaqçılığı ilə bağlı olub: "Altı ay öncə həmin kəndin sakinləri Ceyhun Əhədov və Nahid Rəhimov "Republika Bank”ın Astara filialının işçisi Vüqar Yusifovla birləşərək öz həmyerlilərinin etibarından sui-istifadə etməklə 30-a yaxın şəxsin adından kredit götürüb mənimsəyiblər. Sonradan sakinlərin şikayətləri əsasında həmin şəxslər barəsində cinayət işi açılıb, C. Əhədovla N. Rəhimov həbs olunub. V. Yusifov isə respublikadan qaçıb”.
A. Mahmudovun sözlərinə görə, bu məsələ ilə bağlı bu gün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Şahağacı kəndinə gəlib: "Hazırda müstəntiq ərazi icra vahidliyinin binasında adlarına kredit götürülmüş şəxsləri qəbul edir, izahatlarını alır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi