18-01-2016 [16:12]
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə günbəgün dərinləşən total iqtisadi böhran müzakirə edilib.
Partiyadan Mia.az-a daxil olan məlumata görə, toplantıda ölkədə işsizliyin böyük sürətlə artması, əhalinin böyük hissəsinin yoxsulluq həddinə düşməsi və iqtisadi böhranın sosial böhrana keçmə təhlükəsinin risqli olduğu qeyd edilib. Toplantıda hökumətin antiböhran tədbirlərinin real vəziyyətə adekvat olmadığı qeyd olunub və hakimiyyəti radikal siyasi-iqtisadi islahatlara başlamağa çağırıb.
İdarə Heyəti manatın üzən məzənnəyə keçməsindən sui-istifadə hallarının getdikcə artmasından narahat olduğunu bildirib:
"Belə ki, Milli Bank müəmmalı şəkildə ölkə əhalisinin böyük əksəriyyətini məlumatlandırmadan qeyri-müəyyən səbəblərdən bir neçə dəfə qısa müddətə manatın məzənnəsini əvvəlki kursa uyğun endirmişdir. Bu əməliyyat işbazların milyonlarla dollar qazanması üçün edildiyinə şübhə yaradır. Buna paralel olaraq Milli Bank valyuta bazarına yüz milyon dollarla xarici valyutanı qeyri-aşkarlıq şəraitində satışa çıxarımışdır ki, bu da dollar qıtlığına təsir etməmişdir. Faktlar onu göstərir ki, həmin əməliyyatın xüsusi şəxslərin maraqlarına uyğun şəkildə həyata keçirildiyinə şübhə yaradır. Elə buna görə də ADP prokurorluq orqanlarını hər iki faktı araşdıraraq xalqa bu barədə məlumat verməyə çağırır".
İdarə Heyəti Zərdab rayonun sabiq müstəntiqi R.Səfərovun tutduğu vəzifəsindən istefa verdikdən və hakimiyyətin ünvanına sərt çıxışlar etdikdən sonra onun haqqında həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məsələyə münasibət bildirib, həbsin siyasi motivli olduğunu diqqətə çatdırıb. Hakimiyyətdən isə Azərbaycana qarşı beynəlxalq təzyiqlərə yol açan bu cür siyasi motivli həbslərə son qoymağı tələb edib.
İdarə Heyəti "Azal” hava yolları şirkətinin təyyarə biletlərinin satışının yalnız xarici valyuta ilə həyata keçirməsi haqqında çıxardığı qərarı qətiyyətlə pisləyib. Bu faktın ticari əməliyyatların milli valyuta ilə həyata keçirilməsi barədə konstitusiyada əksini tapan müddəalara zidd olduğunu bildirib və şirkət rəhbərliyini bu cür qeyri-qanuni əməllərə son qoymağa çağırıb.
İdarə Heyəti qanlı 20 Yanvar hadisəsinin növbəti ildönümü ilə bağlı məsələyə münasibət bildirib. İdarə Heyəti bu hadisəni Azərbaycan xalqının milli azadlıq hərəkatının şanlı səhifəsi, rus imperialist qüvvələrinin xalqımıza qarşı törətdiyi beynəlxalq cinayət əməli kimi dəyərləndririb.
ADP xalqı imperialist qüvvələrinin bu cür cinayətlərini unutmamağa, müstəqilliyin qədrini bilməyə və xaqımızın düşmənlərini unutmamağa səsləyib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi