18-01-2016 [13:49]
Göyçay rayonu Potu kənd sakini, kiçik sahibkar, şəhid ailəsi Məmmədov Elxan Şəmil oğlu tərəfindən Mia.az-a şikayət məktubu daxil olub.
O, Prezident İlham Əliyevə, Baş prokuror Zakir Qaralova, Daxili işlər naziri Ramil Usubova yazdığı müraciətində ölkədə sahibkarlara yaradılan şəraitdən razılıq eləsə də, rayonun yol polislərindən dad edib: "Diqqətinizə çatdırıram ki, 14 noyabr 2015-ci il tarixdə işçim Tural Xudaverdiyev iş vaxtının qurtarması ilə əlaqədar obyektimdə işləyən işçiləri evlərinə düşürmək üçün mənə məxsus olan avtomobillə şəhər istiqamətində hərəkətdə olarkən, Göyçay rayon Polis şöbəsinin DYPB-nin rəisi Ənvər Əliyev, onun işçiləri Aqil Qasımov və Pənah İbişov heç bir əsaslı səbəb olmadan avtomobilə saxlayıblar. Avtomobili saxlayan Tural Xudaverdiyev vəziyyəti ona izah edərək, saxlanmasını səbəbini soruşmuşdur. DYPB-nin əməkdaşı Pənah İbişov maşının sənədlərini tələb etdikdə, işçim Tural Xudaverdiyev sənədlərin iş yerində olduğunu, daha doğrusu məndə olduğunu bildirərək, sənədləri təqdim etmək üçün vaxt verməsini bildirib. Ancaq YPX-nın inspektoru bununla razılaşmayaraq, Ənvər Əliyevin göstərişinə əsasən mülkiyyətimdə olan avtomobili mühafizə olunan duracağa aparıb. Bu zaman avtomobili işçim Tural Xudaverdiyevin idarə etməsinə icazə verilməmiş, hal şahidlərinin, o cümlədən işçimin iştirakı ilə akt tərtib edilmədən, avtomobildə hansı əşyaların olmasını müəyyən etmədən, duracağa qəbul edilmişdir. Halbuki, həmin vaxt avtomobildə sahibkarlıq fəaliyyətimi inkişaf etdirmək məqsədilə Məmmədov Emin Telman oğluna satdığım avtomobilin dəyəri olan 10000 ABŞ dolları olmuşdur. Həmin pulun məndə mövcud olmasını təsdiq edən bank qəbzi də vardır. Bu günədək həm avtomobilimdən, həm də 10000 ABŞ dollarından məhrum olmuşam. Göyçay rayon Polis şöbəsinin DYPB-nin rəisi Ənvər Əliyev, onun işçiləri Aqil Qasımov və Pənah İbişov haqqında müxtəlif instansiyalara müraciət etdikdən sonra, mənə və işçilərimə təzyiqlər göstərməyə başlayıblar”.
Sahibkar yazır ki, 16 noyabr 2015-ci il tarixdıı Pənah İbişov obyektə gələrək, Tural Xudaverdiyevə aktı imzalamağı, imza etmədiyi təqdirdə məcburi şəkildə polis şöbəsinə aparılacağını bildirib: "Bundan başqa Göyçay rayon Polis şöbəsinin əməkdaşı Şahin adlı şəxs 050 379-37-21 saylı mobil telefon nömrəsi ilə Tural Xudaverdiyevə zəng edərək, polis şöbəsinə çağırıb. Belə yollarla rəis Ənvər Əliyev, onun işçiləri Aqil Qasımov və Pənah İbişovun qanunsuz əməllərini ört-basdır eləmək, iştirakımız və xəbərimiz olmadan, inzibati xəta haqqında tərtib olunan protokollar və aktlara qanuni don geyindirməyə çalışıblar. Halbuki, həmin protokollarda və aktda qeyd edilənlər həqiqəti əks etdirmir. Elə buna görə də ölkə rəhbərliyinə müraciiət elədim. 12 dekabr 2015-ci il tarixdə etdiyim bu müraciətimdən sonra Baş Dövlət Yol Polis İdarəsindən mənə zəng edilərək, idarənin rəisi Ramiz Zeynalovun qəbula çağırdılar. 05 yanvar 2016-cı ildə sevinə-sevinə bu qarlı-çovğunlu gündə Bakı şəhərinə Baş Dövlət Yol Polis İdarəsinin rəisi Ramiz Zeynalovun qəbuluna getdim. Ümüd edirdim ki, haqlı şikayətimə baxan tapıldı. Lakin sevincim çox çəkmədi. İdarədə ilk əvvəl qarşılayan Ərəstun Məcidov dinləmədən, mənə hədə-qorxu gələrək polis əməkdaşlarına şər atdığımı bildirib, məni Ramiz Zeynalovun qəbuluna apardı. Heç demə Ərəstun Məcidovun mənə dediyi sözlər muştuluqçu imiş. Polis general – mayoru Ramiz Zeynalovun qəbuluna girər-girməz mənə «nə demaqoluq edirsən? Belə şikayətlərinə görə Səni 10 il basdıraram içəri. Polisdən yazanın aqibətinin necə olduğunu bilmirsən?», - deyə, hədələdi. Ona hüquq və haqlarımı tələb etdiyimi, Göyçay rayon Polis şöbəsinin DYPB-nin rəisi Ənvər Əliyev, onun işçiləri Aqil Qasımov və Pənah İbişov mənim hüquqlarımı tapdaladığını bildirdim".
Şikayətçi polis generalı tərəfindən hədələndiyindən qorxuya düşdüyünü, maşınını hələ də dayancaqda qalması səbəbindən şərlənəcəyi ehtimalı olduğunu da istisna etməyərək, ölkə rəhbərliyindən ətrafında yaşananlara müdailə etdiyini xahiş edib: "Xahiş edirəm, bizi incidənləri cəzalandırın, 10 min dollarımın qaytarılmasına kömək edin”.
Yazıda adı hallanan tərəflərin mövqeyini də dərc etməyə hazırıq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi