18-01-2016 [12:29]
Dini ayinlərin və mərasimlərin yalnız rəsmi aidiyyəti şəxslər tərəfindən keçirilməsi ilə bağlı Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qərar layihəsi hazırlanması barədə məlumatı bir müddət əvvəl komitə sədri Mübariz Qurbanlı bildirmişdi.
Qərar layihəsinin Nazirlər Kabinetinə təqdim olunacağını deyən M. Qurbanlı qeyd edib ki, bu qərarın qüvvəyə minməsi ilə eyni zamanda falçılıqla məşğul olanların da fəaliyyəti qadağan olunacaq: "Səmavi dinlərdə, o cümlədən İslamda falçılıq onsuz da qəbul edilmir”.
Komitə sədri bildirib ki, belə hallara yol verən şəxslər həmin qərar əsasında ciddi cəzalandırılacaqlar.
Xatırladaq ki, bir müddət öncə bir neçə falçı dələduzluq etdiyi üçün həbs edilib. Ötən il ilanla fala baxdığını deyən, Bakıda məşhur ekstrasens Tamilla Salamova vətəndaşların etibarından sui-istifadə edərək külli miqdarda pul mənimsəməkdə şübhəli bilinib.
T.Salamova kanallardan birində yayımlanan yarışmanın qalibi olub. O, müxtəlif televiziya kanallarında ayrı-ayrı verilişlərə qonaq qismində qatılıb. Ekstrasensin saytında T.Salamovanın "İnsanlardan, onların evlərindən cin, şeytan, ruhu uzaqlaşdırmaq və cadu çıxarmaq qabiliyyətinə malik olduğu” iddia edilir. O, evində ilan saxlayıb, fala da ilanlarla baxıb.

Tamilla Salamova
Ötən ilin avqust ayında isə məmurların dostu olan falçı Saraxanım Babayevanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Bir zamanların tanınmış ekstraseslərindən olan, "Cənnət Parapsixologiya Mərkəzi” MMC-nin direktoru, özünü "Həzrət Sabir” kimi təqdim edən 48 yaşlı Sabir Abbasov öz qulluq mövqeyindən və vətəndaşların etibarından sui-istifadə edərək falçılıq və baxıcılıq ilə məşğul olub. O da dələduzluqda ittiham edilərək həbs edilib.

Həzrəti Sabir
Maraqlıdır ki, paytaxtda tanınmış cadugər və şarlatanlarla bu şəkildə mübarizə aparıldığı halda, əyalətlərdə bu biznes növü çiçəklənməkdədir. Azinforum.az-ın əldə etdiyi məlumata görə, hazırda baxıcılıq adı ilə insanların etibarından sui-istifadə hallarına daha çox rast gəlinən rayonlardan biri də Şamaxıdır. Rayon sakinlərindən aldığımız məlumata görə, həmin baxıcılardan ən tanınmışı Sveta adlı xanımdır. Deyilənə görə, Svetanın qəbuluna düşmək elə də asan məsələ deyil. Hər gün onun evinin qarşısında böyük növbələr düzülür. Bu faktın özü yerli hüquq-mühafizə orqanlarının Svetanın biznesindən xəbərdar olmamalarına dair versiyanı alt-üst edir. Bizə məlumat verən mənbə bildiri ki, Sveta daha çox "qara maqiya” ilə məşğul olduğu üçün onun müştəriləri digər falçılardan çoxdur:
"Onun qəbuluna kimlər gəlmir… Bir gün həyətinin qabağında müşahidə aparsanız bütün Azərbaycanın rayonlarından onun "xidmətləri” üçün kimlərin müraciət etdiyini görərsiniz. Müştərilərinin sırasında ən tanınmış məmurlara, iş adamlarına da rast gəlmək mümkündür”.
Azinforum.az olaraq məlumatı dəqiqləşdirmək üçün Sveta xanımın əhalinin böyük qisminə məlum olan telefonu ilə əlaqə saxladıq. Bizə bildirildi ki, istənilən vaxt onun qəbuluna düşə bilərik. Təqdim edilən ünvandan da göründü ki, Sveta xanım Şamaxının hansısa ucqar kəndində deyil, rayon polis idarəsinə yaxın bir ərazidə yaşayır. Sveta cadunun ən pis növü ilə məşğul olduğu üçün, tez-tez onun evinə narazı və bəxti bağlanmışlar müraciət edir. Əksər hallarda isə belə başçəkmələr böyük dava-dalaşla nəticələnir. Maraqlıdır ki, yerli polis Sveta ilə bağlı hər hansı ciddi hüquqi ölçü götürmür.
Əlaqə saxladığımız Şamaxı Rayon Polis İdarəsinin növbətçi hissəsindən isə bizə bildirdilər ki, belə adam barədə onlarda məlumat yoxdur.
Mövzuya qayıdacayıq…
Çinarə SEYİDOVA
Azinforum.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi