Marketlərdən yerli məhsullar yoxa çıxıb - FOTOLAR

img

17-01-2016 [17:33]


Azərbaycanda süni qiymət artımına qarşı mübarizə başlayandan və dövlət başçısının yerli məhsulların qiymətinin artırılmasını tənqid etməsindən sonra matketlərdə yerli məhsullar kəskin azalıb. 

Musavat.com-un əməkdaşı bir neçə iri marketdə müşahidələr aparıb və yerli məhsullar üçün ayrılmış piştaxtaların boş qalmasının şahidi olub. Satıcılar bunu yerli şirkətlərin marketlərin malla təminatını azaltması ilə əlaqələndirirlər. Bir sıra şirkətlər məhsullarını ucuz satmaq istəmirlər, baha satmaqdan isə ehtiyat edirlər.

Qeyd edək ki, bir həftə əvvəl Nazirlər Kabinetində Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Dövlət başçısı qiymətləri artıran yerli şirkətləri tənqid edib və bunun yolverilməz olduğunu bildirib. 

Bunun ardınca, İqtisadiyyat Nazirliyi və Baş Prokurorluq süni qiymət artımına qarşı mübarizəyə başlayıb. 

Ötən həftə ərzində analoji faktlarla bağlı bir neçə cinayət işi başlanılıb və həbs edilənlər olub.





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA