16-01-2016 [22:05]
2015-ci ilin dekabr ayında Bakıda ilkin yaşayış mənzillərinin bir kvadratmetrinin orta təklif qiyməti 968 dollardan - 1,03% azalaraq 958 dollara qədər, milli valyuta ilə isə ay ərzində 1016 manatdan azalaraq 1006 manat bəndində qərarlaşıb.
Mia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Trend "MBA Group" konsaltinq şirkətinin hesabatında məlumat verilib.
Hesabatda deyilir ki, dekabr ayında qiymət indеksində 0,06 bənd azalma müşahidə еdilib:
"İlkin yaşayış mənzil bazarında təklif edilən mənzillərin 20,8%-i 700 $/kv.m-ə qədər olan ucuz mənzillərin payına düşür. Təklif portfelinin əksər hissəsi isə qiyməti 700-1000 $/kv.m aralığında olan mənzillərin payına düşür - 50,3%. Qiyməti 1000-1300 $/kv.m aralığında olan mənzillərə düşən pay isə 12,7%-dir.
Ümumi təklif portfelinin qalan 16,2%-ni isə qiyməti 1300 $/kv.m-dən yuxarı olan bahalı mənzillər təşkil edir. Qeydə alınan orta bazar qiymətləri isə müvafiq olaraq 609 $/kv.m, 832 $/kv.m, 1091 $/kv.m və 1687 $/kv.m-dir".
Hesabat ayı üzrə təklif portfelində satışa çıxarılan ilkin mənzillərin sayında Nəsimi, Xətai və Yasamal rayonlarının payı mütləq çoxluq təşkil edir və bu 3 rayonun ümumi təklif portfelindəki payı birlikdə 70,6%-ə bərabərdir:
"İlkin yaşayış mənzil bazarında kvadratmetrin qiymətinə görə təklif olunan ən bahalı mənzil 4 otaqlı təmirsiz mənzildə qeydə alınıb. Nəsimi rayonunda, "28 May” m/st-nın yaxınlığında yerləşən 218 kv.m sahəyə malik, tam təmirsiz mənzilin kvadratmetrinin satışa təklif olunan ilkin qiyməti 2800 ABŞ dolları təşkil edib. Ən ucuz mənzil isə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb. Ümumi sahəsi 58 kv.m olan 1 otaqlı yeni tikili mənzil bazara 400 $/kv.m qiyməti ilə təklif edilib.
Son ayda bаzаrdа təklif olunan ilkin mənzillərin ümumi orta sahəsi 22,4% artaraq 114,44 kv.m təşkil edib. Otaqlar üzrə isə birotaqlı mənzilin ümumi sahəsi ortalama 62,08, ikiotaqlı 89,02, üçotaqlı 126,82, dörd və beşotaqlı mənzillərdə isə müvafiq olaraq orta sahə 191,05 və 206,25 kv.m qeydə alınıb.
Bazara təklif olunan yeni tikili mənzillərin sayı ötən ayın təklif portfeli ilə müqayisədə 29,1% artıb. Təklif üzrə ən çoх pay 3 otaqlılarda qеydə alınıb - 34,1%. Ümumi təklif portfelinin 24,9%-ni 1 otaqlılar, 22,5%-ni 2 otaqlılar, qalan 18,5%-ni isə çox otaqlılar təşkil edib".
Ay ərzində təklif qiyməti Abşeron, Binəqədi, Nizami, Nərimanov, Sabunçu və Xətai rayonlarında azalıb, Suraxanı, Nəsimi, Yasamal və Sabunçu rayonlarında isə nisbətən artıb:
"Bazarda mənzillərin 1 kv.m-in orta qiymətindən (958 dollar) aşağı olan mənzillər ümumi portfеldə daha çoх paya, yəni 65,9%-ə malikdir. Bazara təklif olunan yeni tikili mənzillərin orta otaq göstəricisi 2,48, orta sahə göstəricisi 114,44 kv.m, hər otağın orta satış qiyməti 48 min, mənzilin orta qiyməti isə 119 200 dolları təşkil еdib".
Rayonlar üzrə orta bazar qiymətləri isə aşağıdakı kimi formalaşıb:
Rayonlar | $/kv.m. | Ay ərzində dəyişikliklər(%) |
Abşeron | 608 | -1,3 |
Binəqədi | 946 | -0,4 |
Nərimanov | 1 196 | -2,8 |
Nəsimi | 1 249 | 2,8 |
Nizami | 821 | -1,2 |
Qaradağ | 601 | 0,2 |
Sabunçu | 663 | 1,2 |
Səbail | 1 790 | 2,9 |
Suraxanı | 826 | 4,6 |
Xətai | 810 | -3,9 |
Xəzər | 648 | 0 |
Yasamal | 902 | 2,9 |
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi