Qubada bahalaşma əleyhinə aksiya, polis rəisi danışdı - FOTOLAR

img

15-01-2016 [19:08]


Qubanın mərkəzindəki "Köhnə avtovağzal” deyilən ərazidə bahalaşma əleyhinə aksiya keçirilib.

Quba Rayon İcra Hakimiyyətindən bildirilib ki, rəhbərlik vətəndaşlarla görüşüb.

Vətəndaşların qarşısına çıxan İcra başçısı onların qəbul ediləcəyi və problemlərin həllinə çalışacaqlarını vəd edib. Amma aksiyaçılar buna məhəl qoymayıb və  Quba-Bakı yolunu bağlamağa cəhd göstəriblər.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. 

Quba rayon polis şöbəsinin əməkdaşı Aslan Babaşov rayonda vəziyyətin stabil olduğunu deyib: "Qubanın "köhnə avtovağzal" adlanan ərazisində aksiya keçirilib. Hazırda vəziyyət stabildir. Heç bir qarşıdurma yoxdur”.

Modern.az

Qubada bahalaşmaya görə aksiya  -  Fotolar
Qubada bahalaşmaya görə aksiya  -  Fotolar
Qubada bahalaşmaya görə aksiya  -  Fotolar
Qubada bahalaşmaya görə aksiya  -  Fotolar
Qubada bahalaşmaya görə aksiya  -  Fotolar

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA