Rabitə və yüksək texnologiyalar naziri bəlli oldu: Prezident sərəncam verdi

img

15-01-2016 [16:37]


Prezident İlham Əliyev Ramin Namiq oğlu Quluzadənin Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, digər sərəncamla o, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

Qeyd edək ki, sabiq nazir Əli Abbasovdan sonra R.Quluzadə adıçəkilən qurumda nazir vəzifəsini icra edib. O, bu vəzifəyə qədər Heydər Əliyev Fondunda işləyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA