15-01-2016 [15:08]
"Vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası Lənkəran Şəhər İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin əsas istiqamətini təşkil edir".
Bu sözlər Lənkəran şəhər İcra Hakimiyyətindən Mia.az-a verilən məlumatda yer alıb.
Məlumatda bildirilir ki, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin operativ şəkildə həll olunmasında şəhər İcra hakimiyyətində keçirilən qəbullarla yanaşı, İcra başçısının yerlərdə əhali ilə keçirdiyi səyyar qəbul-görüşlərin də böyük əhəmiyyəti vardır. Bu baxımdan İcra başçısının növbəti belə səyyar qəbul-görüşü dünən Liman şəhərində keçirilib:
"Qəbul-görüşdə şəhər İcra hakimiyyəti başçısı aparatının, hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri, Liman şəhərinin ağsaqqalları, ziyalıları, ictimaiyyət nümayəndələri olmaqla ümumilikdə 500 nəfər iştirak etmişdir.
Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Bəxtiyar Səfərov görüşü açaraq son illərdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu inkişaf kursunun bəhrələrinın Lənkəran və Liman şəhərlərinin də simasını tamamilə dəyişdiyini, aparılan genişmiqyaslı quruculuq-abadlıq işlərinin şəhər sakinləri tərəfindən böyük sevinc və minnətdarlıqla qarşılandığını qeyd etdi.
Liman bələdiyyəsinin sədri Çinqiz Əsədullayev, Liman şəhər Ağsaqqallar Şurasının sədri Səyavuş Süleymanlı, Liman şəhər xəstəxanasının baş həkimi Naib Zeynalov, Qunbaşı kənd məktəbinin müəllimi Şakir Qasımov çıxış edib, ərazidə və bütövlükdə rayonda həyata keçirilən quruculuq işlərindən geniş söhbət açdılar.
Çıxış edən natiqlər cənab Prezidentin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti müdafiə etdiklərini bildirərək Ümummilli Lider Heydər Əliyevin yorulmaz fəaliyyəti ilə əldə olunmuş və cənab Prezident İlham Əliyevin ardıcıl səyləri ilə möhkəmlənmiş siyasi sabitliyin, əmin-amanlığın heç bir qüvvənin poza bilməyəcəni, Azərbaycan xalqının heç vaxt buna imkan verməyəcəyini qeyd etmiş və 12 yanvar 2016-cı il tarixdə bir qrup şəxs tərəfindən ölkənin bəzi yerlərində, o cümlədən Liman şəhərində ictimai asayışın pozulmasına göstərilmiş cəhdi yolverilməz səhv hərəkət kimi qətiyyətlə pisləmiş və belə halların bir daha təkrarlanmaması üçün bütün ictimaiyyəti ayıq-sayıq olmağa, heç bir düşmən təxribatına uymamağa çağırıblar.
Çıxış edən natiqlər eyni zamanda Liman xəstəxanası və şəhər 2 saylı məktəb üçün yeni binaların tikintisi, xəstəxanaya təcili tibbi yardım maşınının ayrılması, uşaq bağçalarının əsaslı təmiri, şəhər stadionu üçün yerin müəyyən edilməsi, avtobus dayanacaqlarının qoyulması, bazarın və avtovağzalın tikilməsi, içməli su xəttinin çəkilməsi, məhəllə yollarının təmiri, əhalinin məşğulluğu və sair məsələrlə bağlı təkliflərini irəli sürüblər".
Məlumata görə, verilən təklifləri və fərdi müraciətləri dinləyərək qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlarını verən İcra başçısı Taleh Qaraşov deyib ki, Liman şəhərinin sosial-iqtisadi inkişafı sahəsində görülən işləri cənab Prezident İlham Əliyevin regionların inkişafına göstərdiyi davamlı diqqətinin parlaq nümunəsidir.
İcra başçısı qeyd edib ki, son illərdə cənab Prezidentin diqqət və qayğısı ilə Lənkəran rayonu sürətlə inkişaf edərək respublikamızın ən yaraşıqlı şəhərlərindən birinə çevrilmişdir:
"Sevindirici haldır ki, Liman şəhəri də bu qayğıdan bəhrələnərək daha da abadlaşmışdır.
Şəhərdə mərkəzi küçələr asfaltlanmış, yeni körpü tikilmiş, səkilər bərpa olunmuş, köhnə qaz xətti yenisi ilə əvəzlənmiş, yeni elektrik kabelləri, müasir transformatorlar, küçə işıqlandırıcıları qüraşdırılaraq əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təchizatı tam təmin edilmiş, çoxmərtəbəli binaların dam örtükləri dəyişdirilmişdir".
Bütün dünyanı bürüyən iqtisadi böhranın ən güclü dövlətləri belə çətin vəziyyətə saldığı bir vaxtda bu işlərin davamlı olaraq həyata keçirilməsi Azərbaycan dövlətinin iqtisadi qüdrətinin artması hesabına başa gəldiyini vurğulayan İcra başçısı bu inkişafın cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da davam edəcəyini, hər bir ölkə vətəndaşı kimi hər bir Liman sakinin də həyat şəratini, rifah-halını daha da yaxşılaşdıracağını, o cümlədən görüşdə qaldırılan məsələlərin vaxtında həllini tapacağını əminliklə bildirib.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi