14-01-2016 [23:42]
Cənab Prezident İlham Əliyev!
İctimai nəzarət qurumu yaratmağı mənə tapşırın
Sizin Nazirlər Kabinetinin sonuncu iclasında qaldırdığınız məsələlər, hökumətin qarşısına qoyduğunuz mühüm problemlər, respublikamızın məruz qaldığı böhrandan çıxış yolları haqqındakı proqram xarakterli göstərişləriniz Azərbaycanımızın bu ağır iqtisadi situasiyadan çıxa biləcəyinə ümid yaradır.
Çıxışınızın əsas tezislərində birmənalı və aydın şəkildə göstərdiniz ki, yaxın gələcəkdə struktur islahatları həyata keçirilməlidir, elastik idarəetmə mexanizmləri yaradılmalıdır, qeyri-neft sektorunun prioritet inkişafı təmin edilməlidir və iqtisadiyyatımızın neftdən asılılığı maksimum azalmalıdır, Neft Fondundan dövlət büdcəsinə transferlər azaldılmalıdır, vergi bazası
genişləndirilməlidir, gömrük sənədləşdirməsində və ixrac-idxal əməliyyatlarında şəffaflıq təmin edilməlidir, maliyyə nəzarəti gücləndirilməlidir, biznes mühiti yaxşılaşdırılmalıdır, nağdsız ödənişlər artırılmalıdır, maliyyə təşviqi mexanizmləri genişləndirilməlidir, sahibkarlara imtiyazlı kreditlər verilməsi davam etdirilməlidir, bank sektorunda islahatlar aparılmalıdır, özəl bankların ölkə iqtisadiyyatının inkişafında fəal iştirakı təmin edilməlidir, 2016-cı ildə təqaüdlər və əmək haqları artırılmalıdır, kənd təsərrüfatında islahatlar genişləndirilməlidir, əhalinin su, qaz və elektrik enerjisi ilə təmin edilməsi yaxşılaşdırılmalıdır, regionlarda sənaye zonalarının yaradılması sürətləndirilməlidir, dotasiya hesabına yaşayan rayonların iqtisadi səmərəliliyi artırılmalıdır, rayonların icra hakimiyyəti başçıları görülmüş işlər haqqında rüblük hesabat verməlidirlər, turizm və nəqliyyat sektorları və logistika prioritet sahələr olmalıdır, inşaat sektorunda açıq və şəffaf tenderlər keçirilməlidir və bu sahədə yerli şirkətlər üçün üstünlüklər yaradılmalıdır, ekoloji məsələlər həll edilməlidir, sənədlərin verilməsi prosedurlarını sadələşdirən yeni "Asan xidmət” mərkəzləri açılmalıdır və onlara əlavə səlahiyyətlər verilməlidir.
Cənab Prezident! Siz nəzarət mexanizmi təklif etdiniz!
Ölkə iqtisadiyyatını və millətimizi böyük böhrandan xilas etmək üçün Siz dediniz ki, "İctimai nəzarət mexanizmi yaradılmalıdır". Nəzərinizə çatdırmalıyam ki, Siz əvvəllər də ictimai nəzarət mexanizminin yaradılması haqqında fikirlərinizi zaman-zaman bildirmisiniz. Əfsuslar olsun ki, əlaqədar məmurlar Sizin bu təkliflərinizin həyata keçməsi üçün heç bir təşəbbüs göstərməyiblər.
Cənab Prezident! Siz 2014-cü ili sənaye, 2015-ci ili kənd təsərrüfatı ili elan etmişdiniz!
O zamanlar hamımız sevindik. İqtisadiyyatımızın sürətlə inkişaf edəcəyini, rəqabət qabiliyyətli məhsullar istehsal edəcəyimizi, hamının işlə təmin olunacağını, ölkəmizdə ərzaq bolluğunun yaradılacağını düşünürdük. Amma təəssüflər olsun ki, bu böyük işləri tapşırdığınız nazirliklər konkret layihələr və proqramlar yaratmadılar. Azərbaycan xalqına bu haqda heç nə demədilər. Məmurlar Sizin taleyüklü ideyalarınızın həyata keçməsinə mane oldular.
O zaman Sizin ideyalarınız həyata keçsəydi, Azərbaycan iqtisadiyyatı bu günkü ağır duruma düşməzdi, milli valyutamız - manatımız bir ildə 2 dəfə dəyərini itirməzdi.
Məmurların əksəriyyəti "Xalqın ən
böyük xidmətçisi" olan Sizdən nümunə götürə bilmədilər!
Cənab Prezident, dəfələrlə bəyan etmisiniz ki, "Xalqın ən böyük xidmətçisi" Sizsiniz! Siz bütün məmurlara tapşırmısınız ki, Sizdən nümunə götürsünlər və onlar da "xalqın xidmətçisi" olsunlar. Mən məmurlar içərisində Sizdən nümunə götürərək "xalqın xidmətçisi" olan Sizə və dövlətimizə yüksək sədaqəti ilə seçilən 1, uzağı 2 nəfər məmur göstərə bilərəm.
Məmurlarımızın əksəriyyəti Sizdən nümunə götürüb "xalqın xidmətçisi" olsaydılar, Azərbaycan iqtisadiyyatı bugünkü ağır duruma düşməzdi, milli valyutamız - manatımız bir ildə 2 dəfə dəyərini itirməzdi.
Cənab Prezident! Mən Sizin dəstəyinizlə "İnkişaf və İctimai nəzarət" mexanizmini yaratmaq istəyirəm
Cənab Prezident! Mən də Sizi kimi "xalqın xidmətçisi"yəm. "Xalqın xidmətçisi" olduğum üçün Sizinlə 3 dəfə görüşmüşəm. Gördüyüm işlərin nəticəsi olaraq "Mənim Prezidentim İlhamdı" adlı orijinal kitab yazmışam. 1993-cü ilin yanvar ayının axırlarında bütün zamanların böyük siyasi xadimi və dövlət adamı Heydər Əliyevlə Naxçıvan Ali Məclisindəki 1,5 saatlıq görüşümdən "Heydər Əliyev tarixlər yaratdı. Heydər Əliyevin və İlham Əliyevin tarixi missiyaları" adlı orijinal kitab yazmışam. Kitablarım Prezident Administrasiyasında akademik Ramiz Mehdiyevdə, Əli Həsənovda və Fatma Abdullazadədə var.
Azərbaycan ictimaiyyətinə və hökumətinə "İctimai nəzarət mexanizminin" yaradılması zərurəti haqqında verdiyiniz mesajınıza cavab olaraq böyük hörmət və ehtiramla bildirirəm ki, mən Sizin dəstəyinizlə: variant 1."İnkişaf və İctimai nəzarət" komitəsini; variant 2. Azərbaycan Respublikası Prezidenti yanında "İnkişaf və İctimai nəzarət" Şurasını və yaxud, variant 3. Azərbaycan Respublikası Prezidenti yanında "İnkişaf və İctimai nəzarət" hərəkatını, yaxud da Sizin göstəriş verdiyiniz digər adda "İctimai nəzarət" qurumunu yaratmağa hazıram.
Cənab Prezident! Sizə həmişə doğru məlumat veriləcək
Sizin dəstəyinizlə yaratmaq istədiyim "İnkişaf və İctimai nəzarət" qurumu Sizə daima dəqiq məlumatlar və yeni layihələr verəcək. Manatın möhkəmlənməsi, yeni iş yerlərinin yaradılması, iqtisadiyyatımızın çiçəklənməsi istiqamətində, ölkəmizin inkişafı, millətimizin rifahı uğrunda çalışacağıq. Kitabımda ətraflı araşdırdığım Sizin tarixi missiyalarınızın həyata keçməsi yolunda böyük işlər görüləcək. Qurumda fəaliyyət göstərənlər "Xalqın xidmətçiləri" olacaqlar. Nəzərinizə çatdırıram ki, iqtisadiyyatımızın, elmimizin və siyasətin müxtəlif sahələrinə aid yüzlərlə məqalələrin müəllifiyəm.
Cənab Prezident! Xahiş edirəm məni qəbul edəsiniz!
3 dəfə Sizinlə görüşən,
Prof.Dr. Qüdrət İsaqov
P.S. Hörmətli eks nazirlər Saleh Məmmədov, Fikrət Yusifov, Qüdrət Quliyev, Əvəz Ələkbərov, Sabit Bağırov, deputatlar Əli Məsimov, Vahid Əhmədov, Zahid Oruc, Nazim Məmmədov, sizləri "İnkişaf və ictimai nəzarət" qurumunun yaradılması prosesində yaxından iştirak etməyə dəvət edirəm.
Mən bu prosesdə iştirak etmək istəyən istənilən mütəxəssisi qurumun işinə dəvət edirəm. Müraciət etmək istəyənlər Facebook profilimdə də yaza bilərlər.
Ümidvaram ki, ölkəmizdə sabit inkişaf, rifah və ictimai nəzarətin bərqərar olması hər birinizi dərindən düşündürür.
Hörmətlə,
Prof.Dr. Qüdrət İsaqov
tel: 055-661-32-06
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi