Nazim İbrahimovun ailə üzvündən bağlanan mağaza ilə bağlı açıqlama

img

14-01-2016 [20:49]


"Yanvar ayının 14-də bəzi kütləvi informasiya vasitələrində Bakı şəhərində yerləşən mağazalardan birinin Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun xanımı Minayə İbrahimovaya məxsus olduğu barədə yayılan məlumatlar əsassızdır".

Bu barədə "Report"a Dövlət Komitəsinin sədri Nazim İbrahimovun ailə üzvlərindən biri məlumat verib. O qeyd edib ki, həmin informasiya tamamilə uydurmadır və heç bir fakta söykənmir: "Qeyd olunan məlumatlarda adıçəkilən mağazalar şəbəkəsinin Nazim İbrahimovun ailə üzvlərindən heç birinə qətiyyən aidiyyəti yoxdur".

Qeyd edək ki, bəzi saytların yazdığına görə, Bakı Metropoliteninin "Sahil" stansiyasının yaxınlığında yerləşən brend geyim mağazası olan "VBC"nin qapıları bağlanıb və üzərinə "İcarəyə verilir" sözləri yazılıb. Həmin xəbərlərdə geyim mağazasının Nazim İbrahimovun həyat yoldaşı Minayə İbrahimovaya məxsus olduğu iddia edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA