Əbülfəs Qarayevdən yeni təyinatlar

img

14-01-2016 [16:27]


Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əmrinə əsasən Mingəçevir Dövlət Dram Teatrının direktoru vəzifəsini icra edən Səxavət Məmmədov teatrın direktoru vəzifəsinə, Xəzər Gəncəli isə baş rejissor vəzifəsinə təyin olunublar.

Nazirlikdən verilən məlumata görə, 12 yanvar 2016-cı il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı ilə teatrın kollektivinə bu barədə məlumat verilib və yeni baş rejissor kollektivə təqdim olunub.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2015 ci il tarixli sərəncamı ilə "əməkdar artist" adına layiq görülmüş teatrın aktyoru Yaqubov Şıxı Miriş oğlu bu münasibəti ilə təbrik edilmiş və fəxri adın verilməsi ölkə rəhbərliyinin Mingəçevir şəhərində mədəniyyətə diqqətinin təzahürü kimi qiymətləndirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA