SOCAR gürcülərlə anlaşdı: qazın həcmi artırılır

img

14-01-2016 [12:21]


Azərbaycan Gürcüstana nəql etdiyi gündəlik təbii qazın həcmini 6 mln. kubmetrdən 7 mln. kubmetrə qədər artıracaq.
 
"APA-Economics"in "İnterfax" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə  SOCAR-ın Gürcüstandakı törəmə şirkəti "SOCAR Enegy Georgia”nın baş direktoru Mahir Məmmədov bildirib.
 
Baş direktor bildirib ki, bununla bağlı razılıq dünən SOCAR prezidenti Rövnəq Abdullayevlə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili arasında baş tutan görüş zamanı əldə olunub.
 
M. Məmmədov bildirib ki, müvafiq məsələlərlə hər iki tərəfin mütəxəssisləri məşğul olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA