Ev almaq istəyənlərin diqqətinə - Qiymətlər düşüb

img

14-01-2016 [11:26]


Qiymətlər orta hesabla 5-10 min manat aşağı düşüb.

Mia.az Xəzər TV-yə istinadən xəbər verir ki, Bakıda ev almaq istəyənlər üçün yaxşı fürsət yaranıb. Çünki mənzillərin qiymətləri xeyli dərəcədə aşağı düşüb. Paytaxda evlər ötən ilə nisbətdə 5 faiz ucuzlaşıb.

Mütəxəssislər bildirirlər ki, qiymətlər orta hesabla 5-10 min manat aşağı düşüb. Şəhərin mərkəzi hissələrində isə ucuzlaşma daha çox müşahidə edilir.

Qiymətlərdə azalmanın hətta cari ilin 1-ci rübünün sonunadək davam edəcəyi gözlənilir. Ekspertlər gələn ilin əvvəlinə qədər əmlak bazarında canlanma yaranacağını proqnozlaşdırmırlar.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA