13-01-2016 [17:51]
Ölkədəki bahalaşmaya etiraz əlaməti olaraq Siyəzən, Ağsu, Fizuli rayonlarında sakinlər bu gün etiraz aksiyaları keçiriblər. Analoji hal dünən Lənkəranın Liman şəhərində, Ağcabədidə də yaşanıb.
Milli Məclis sədrinin müavini, 84 saylı Füzuli seçki dairəsinin deputatı Bahar Muradova Modern.az saytına açıqlamasında rayonda yaşanan hadisələrdən xəbardar olduğunu deyib. O qeyd edib ki, respublikanın bir neçə rayonunda son istisadi proseslərlə bağlı vətəndaşların bəzi narahatçılıqları var: "Onlar bunu müvafiq qurumların diqqətinə çatdırmaq üçün toplaşıblar və bütün rayonlarda, o cümlədən Füzulidə müvafiq dövlət qurumlarının, İcra hakimiyyətlərinin rəhbərləri narazı kütlənin nümayəndələrilə görüşüblər, fikirləri dinlənilib, mövqeləri öyrənilib. Narahatlıqlarına səbəb olan problemlərin aradan qaldırılması üçün tədbirlər görüləcəyi ilə bağlı onlara mövqe bildirilib.
Mənim məlumatıma görə, artıq hansısa narahatlıq doğuran məqam qalmayıb, məsələlər yoluna qoyulub, insanlar evlərinə dağılışıb. Hesab edirəm ki, problem həllini tapıb. Bu müddət ərzində rayon rəhbərliyi, müvafiq şəxslər, o cümlədən bu məsələnin həlli ilə məşğul olan müvafiq dövlət qurumları ilə əlaqə saxlamışıq, insanların narahatlığına səbəb olan hallar müzakirə olunub, onlar aradan qaldırılıb”.
Vitse-spiker vurğulayıb ki, iqtisadi cəhətdən problemlər yarandığı vaxtda insanların reaksiyası müxtəlif cür ola bilər: "Bəziləri sakit, səbrli, bəziləri nisbətən həyacanlı münasibət bildirə bilər. Bütün bunlar normaldır və həmin hallara qeyri-təbii hərəkət kimi baxmırıq. Vətəndaşlar qanun çərçivəsində müxtəlif, o cümlədən iqtisadi məsələlərlə bağlı fikir bildirə bilərlər və bildiriblər. Vətəndaş, millət vəkili kimi istərdim ki, cənab Prezidentin problemlərin aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqlar zamanında yerirnə yetirilməsi üçün müvafiq qurumlar addımlar atdığı kimi, özəl təşkilatlar da, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri də bu işlərdə özlərini kənarda saxlamasınlar”.
B.Muradova qeyd edib ki, problemin həllinə hər kəs imkanı daxilində kömək göstərməlidir: "Vətəndaşlar da bu vəziyyəti müəyyən anlayışla qarşılamağa çalışmalıdırlar. Bahalaşma təkcə Azərbaycanın problemi deyil. Dünyada gedən proseslərin Azərbaycana təsirindən doğan nəticədir. Azərbaycan höküməti, cənab Prezident hər zaman olduğu kimi, indi də xalqın marağında olan məsələlərə çox yüksək şəkildə diqqət göstərir. Ölkə başçısı Nazirlər Kabinetinin iclasındakı çıxışında da açıq, kəskin və qətiyyətli münasibətini bildirdi, müvafiq qurumlar qarşısında ciddi tələblər qoydu. O cümlədən ictimai nəzarətin gücləndirilməsi, onların effektli mexanizmlərinin tapılması ilə bağlı ciddi tapşırıqlar verdi. Hər kəs bunda öz nəticəsini çıxarmalı və aidiyyatı qurumlar fəaliyyət göstərməklə yanaşı, dövlətin ictimai stabilliyinin qorunmasında məsuliyyətli olmalıdır. Hər kəs bu işə vətəndaş məsuliyyəti ilə yanaşmalıdır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi