13-01-2016 [10:34]
Ölkəmizdə təhsilin inkişafı üçün bir sıra sosial layihələr həyata keçirən Azercell Telekom bu sahədə fəaliyyətini davam etdirir.
Şirkətin 2008-ci ildən etibarən tələbələrə təqdim etdiyi Tələbə Təqaüdü Proqramının 2015-ci il üçün nəticələri müəyyən edilib. Yanvarın 12-də Azercell şirkətinin prezidenti Vahid Mursəliyev Təqaüd Proqramının qalibləri ilə görüşüb və onlara xüsusi sertifikatları təqdim edib. Vahid Mursəliyev qalibləri təbrik edərək, tələbələrə gələcək karyeralarında uğurlar arzulayıb. Bakı və eləcə də rayonlarda yerləşən universitetləri əhatə edən bu proqrama qatılmaq üçün ölkəmizin müxtəlif təhsil ocaqlarından ümumilikdə 1200-dən çoxtələbə müraciət edib. Oktyabrın 1-dən başlanan mərhələli seçim prosesinin sonunda 24 tələbə Azercell-in Təqaüdçüsü adına layiq görülüb. Proqram qalibi olan bu 24 tələbə ali təhsil müddətinin sonunadək Azercell şirkəti tərəfindən hər təhsil ayı üçün 200 AZN məbləğində təqaüd alacaqlar. Bu tələbələr arasında Bakı və Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən ali təhsil ocaqlarında təhsil alan gənclər yer alıb. Belə ki, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, Dövlət İdarəçilik Akademiyası və Bakıda yerləşən digər təhsil qurumları ilə yanaşı, Gəncə, Mingəçevir, Naxçıvan və Lənkəran Dövlət Universitetlərinin tələbələri də Azercell-in fəxri təqaüdçüləri adına layiq görüldülər.
Qeyd edək ki, proqramda seçim prosesi bir neçə mərhələdən ibarət olub. İlk mərhələdə proqram üçün müraciət edən tələbələr say məntiq məsələlərindən ibarət yazılı tapşırıqları yerinə yetirib, həmçinin, ingilis dilində müxtəlif mövzularda esselər yazıblar. Son mərhələdə isə tələbələr Azercell şirkətində rəhbər vəzifələrdə çalışan işçi və mütəxəssislərlə üz-üzə müsahibələrdən keçiblər. Nəticədə, bütün mərhələlərdən uğurla keçən tələbələr təqaüd proqramının qalibləri seçiliblər. Tələbə Təqaüdü Proqramının üstünlüyü yalnız maddi dəstəklə bitmir. Təqaüdlə yanaşı, bu gənclər telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edirlər.
Tələbə Təqaüdü Proqramının məqsədi müvəffəqiyyətlə təhsil alan tələbələrə xüsusi qayğı göstərmək və onların gələcəkdə peşəkar kimi formalaşmasına dəstək olmaqdır. Azercell Telekom MMC-nin Dayanıqlılıq strategiyası çərçivəsində keçirilən bu layihə, şirkətin korporativ sosial məsuliyyət fəaliyyətini gücləndirir və cəmiyyətimizinrifahının yüksəlməsinə daha çox töhfə vermiş olur.
Azərbaycanın lider mobil operatoru Azercell Telekom bundan sonra da gənc kardrların inkişafına yönəlmiş müxtəlif layihələrə dəstək olacaqdır.
![]()
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi