13-01-2016 [09:55]
Sumqayıt şəhər İcra Hakimiyyəti şəhərin Sülh küçəsində həyata keçirilən abadlıq və quruculuq işləri zamanı söküləcək qanunsuz ticarət və xidmət obyektləri barədə açıqlama verib.
Mia.az xəbər verir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev Trend-ə bildirib ki, abadlıq və quruculuq işləri ilə əlaqədar Sumqayıtda sökülən qanunsuz ticarət və xidmət obyektlərinin sahiblərinə kompensasiya verilməyəcək: "Yenidənqurma işləri müasir tələblərə uyğun davam etdirilir. Şəhərin giriş hissəsi sayılan Sülh küçəsi istiqamətində, "Ən ucuz market” adlı ticarət mərkəzi də daxil olmaqla Heydər Əliyev prospektinə qədər olan ərazidə yerləşən obyektlər qanunsuz tikililərdir. Həmin obyektlər şəhərin baş planına uyğun olmamaqla yanaşı, magistral su, kanalizasiya boruları və telekommunikasiya xətlərinin üzərində yerləşir. Bununla yanaşı, həmin obyektlər yaşayış binalarına çox yaxın məsafədə tikilib və bu da bina sakinləri üçün əsl təhlükə mənbəyidir. Obyektlər tikilərkən binaların təhlükəsizlik-mühafizə zolağı nəzərə alınmayıb. Həmin binada baş verəcək istənilən yanğın hadisəsi zamanı yanğınsöndürən maşınların binalara yaxınlaşması mümkün deyil”.
G.Əliyev deyib ki, bu baxımdan Sumqayıt şəhər İcra Hakimiyyəti həmin qanunsuz obyektlərin sökülməsini zəruri sayır. Söküləcək obyektlərin yerində yaşıllıqların, parkın salınması, binaların fasadlarının isə müasir üslubda daş üzlüklərlə üzlənməsi nəzərdə tutulur.
Qurum rəsmisi bildirib ki, 170-200 obyektin söküləcəyi barədə yayılan məlumatların əsası yoxdur: "Rəsmi olaraq bildiririk ki, söküləcək qeyri-qanuni obyektlərin sayı 17-dir”.
Sumqayıtda fəaliyyət göstərən "Cavid” ticarət mətkəzinin də sökülməsinə münasibət bildirən G.Əliyev bu obyektin sökülməsini Sülh küçəsindəki tıxacların aradan qaldırılması ilə əlaqələndirib: "Həmin obyektin qarşısında avtomobillərin qanunsuz park edilməsi yolda tıxacların yaranmasına gətirib çıxarır. Bu problemin yaranma səbəbi SSRİ dönəmindən Sülh küçəsində məhz avtomobil dayanacağı olan ərazidə "Cavid” ticarət mərkəzi adlanan qeyri-qanuni obyektin tikilməsidir. Sumqayıt şəhər İcra Hakimiyyətinə vətəndaşlardan dəfələrlə fərdi və kollektiv şikayətlərin daxil olmasını nəzərə alaraq, qeyri-qanuni tikilən "Cavid” ticarət mərkəzinin sökülərək yerində müasir tipli avtomobil dayanacağının inşasını zəruri sayırıq. Söküləcək obyektlər qanunsuz olduğu üçün obyekt sahiblərinə hec bir konpensasiya verilməsi nəzərdə tutulmur”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi