12-01-2016 [20:12]
Bu gün bir ailə üçün təsəvvür edilə biləcək ən ağır, ən dəhşətli durum həmin ailənin yeganə yaşayış, bəlkə də sığınacaq yeri olan evinin əlindən çıxması ola bilər.
Necə deyərlər, ilin-günün bu vaxtında, dünyanı çoxdan ağuşuna almış iqtisadi böhranın fəsadlarının artıq bizim də ölkəmizin kandarını döydüyü bir vaxtda, həm də manatın devalvasiyaya uğradığı bir şəraitdə belə bir durumla üzləşmək son dərəcə çətin bir sınaq ola bilər.
Təəssüflər olsun ki, nə qədər acınacaqlı və arzuolunmaz olsa da, vətəndaşlarımızın belə vəziyyətə düşmələri heç də nadir hallarda baş vermir. Kimi ipoteka krediti ilə mənzil alır, kimi yaşadığı evi girov qoyaraq biznes qurmaq ümidlərilə kredit götürür, kimsə də müxtəlif MTK-ların inşa etdiyi binalardan müqavilə yolu ilə mənzil alır. Bütün bu hallarda vətəndaş hər ay külli-miqdarda vəsait ödənişi həyata keçirməli olur. Və günlərin birində həmin vətəndaşın maddi imkanları tükəndikdə, indiyədək ödədiyi pulları da əlndən çıxır, yeganə ümidi olan yaşayış sahəsi də.
Dünən redaksiyamıza müraciət etmiş vətəndaş Fuad Ədilovun da ailəsi hazırda belə bir durumla qarşı-qarşıya gəlmişdir. Həm də Ədilovlar ailəsi eyni zamanda bir deyil, iki mənzildən məhrum olmaq təhlükəsilə üz-üzə qalıblar.
Qeyd etmək lazımdır ki, bu ailənin iki mənzilə sahib olması heç də onların geniş maliyyə imkanlarına dəlalət etmir.
Məsələ bundadır ki, hər biri iki otaqdan ibarət olan bu iki mənzil ümumilikdə 8 nəfərdən (Fuad Ədilov özü, həyat yoldaşı, atası, anası, qardaşı, qardaşının həyat yoldaşı və iki azyaşlı uşaqları) ibarət böyük bir ailənin yaşaması üçün nəzərdə tutulmuşdu. Belə ki, Fuad Ədilov paytaxtın Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllə,bina 7, mənzil 5 ünvanda yerləşən bu mənzillərdən birini 2008-ci ildə, digərini isə, 2010-cu ildə "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə bağladığı iki müqavilə əsasında almışdı. İndiyədək bu mənzillərdən birinə görə 21 490 manat məbləğində pul ödənmişdir. Həmin mənzil Fuad Ədilovun vəsaiti hesabına tam təmir olunmuş və böyük ailə buraya köçərək, həmin mənzildə yaşamağa başlamışdır. İkinci mənzilə görə isə, Fuad Ədilov indiyədək 10 992 manat vəsait ödəmişdir. Həmçinin bu mənzil də Fuad Ədilovun vəsaiti ilə tam təmir olunaraq, yaşayış üçün yararlı vəziyyətə gətirilmişdir. Lakin bir müddət bundan əvvəl Ədilovların ailəsi ardıcıl bir neçə uğursuzluqlarla rastlaşmalı olublar.
Fuad Ədilov bildirir ki, onun özü və həyat yoldaşı da uzun müddət səhhətləri ilə bağlı problem yaşamalı olublar. Bundan başqa bəzi digər subyektiv amillərin də təsiri nəticəsində, ailənin maddi durumu pisləşib.
Nəticədə Fuad Ədilov "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə bağladığı iki müqavilənin şərtlərinə görə həyata keçirməli olduğu ödənişləri təmin edə bilməyib. Digər tərəfdən isə, bu mənzillərin mülkiyyət hüququna malik olmaması səbəbindən, Fuad Ədilov onlardan birini sataraq, digərinin borcunu bağlamaq imkanından da məhrum olub. Qeyd edək ki, o biri mənzildə Ədilov tərəfindən tam təmir olunub və "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nə 10.992.70 manata qədər pul ödənilib. Eyni zamanda "Akkord” ASC-nin rəhbərliyi isə, Fuad Ədilovla bağladığı müqavilələrin ləğv olunması və mənzillərin boşaldılaraq geri təhvil verilməsi iddiası ilə məhkəməyə müraciət edib. Nəticədə, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin qərarı ilə (25.02.2015-ci il tarixli) ASC-nin iddiası təmin olunmuşdur. Beləliklə də, Ədilovlar ailəsi yaşayış sahələrindən məhrum olmaq kimi real təhlükə qarşısında qalmış olublar. Əlbəttə, biz burada məsələnin hüquqi tərəfini araşdırmaq niyyətində deyilik. Bunun üçün səlahiyyətli instansiyalar mövcuddur. Digər tərəfdən isə, axı nəzərə almaq olar ki, bu ailə iki mənzilə görə hər halda ümumilikdə 32 500 manat pul ödəyib. Üstəlik, bu mənzillərin təmirlərinə də ən az 25-30 min manat vəsait xərclənib. Yəni həqiqətənmi, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin rəhbərliyi üçün bu azərbaycanlı ailəsini ağır durumdan çıxarmaq məqsədilə hər hansı bir alternativ variant təklif etmək bu qədər çətindir?
İnanmaq olmur ki, bu problemin hansısa bir həlli yolu olmasın. Sadəcə olaraq, insanların əziyyətini anlamağa çalışmaq və yalnız sözdə deyil, əməl də onların mənafeylərini düşünmək lazımdır...
yenisozcu.info
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi