Prezident o qadağanı ləğv etdi; Nazir müavinindən açıqlama - Video

img

12-01-2016 [17:42]


Bu gündən etibarən ölkədə aksiz malların plastik kartlarla satışı dayandırılıb.

Bu barədə Vergilər Nazirliyinin müavini Sahib Ələkbərov AZTV-yə müsahibəsində deyib. O qeyd edib ki, sahibkarların ölkə başçısına çoxsaylı müraciətlərini nəzərə alaraq bu qərar qəbul edilib:

"Bu gündən etibarən spirtli içkilərin nağd qaydada satılmasında heç bir problem olmayacaq. Baxmayaraq ki, bütün mağazalarda post terminallar quraşdırılıb, ödəmə məntəqələrinin sayı kifayət qədərdir. Amma insanlarımız buna alışmadılar. Bu məsələni geniş təbliğ etməyə ehtiyac var. Həm də sahibkarlar müraciətlərində spirtli içkilərin sənədləşməsi ilə bağlı problemlərin olduğunu qeyd edib. Bu sənədləşmə işlərinin başa çatdırılması üçün sahibkarların müraciətləri nəzərə alınıb. Bu qərar imkan verəcək ki, sahibkarlar sənədləşmə işlərini başa çatdırsın. Eyni zamanda, bundan sonra mağazalarda vətəndaşlar həm nağdsız, həm də nağd formada spirtli içkilər ala bilərlər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA