Təhsil haqqı 4 min dollar oldu, dosentlər işdən qovulacaq - Rektordan ilginc açıqlamalar

img

12-01-2016 [15:41]


Azərbaycan Dövlət İqtisad Universitetində təhsil haqları artırılmayacaq.

 

Bunu ADİU rektoru Ədalət Muradov deyib. O bildirib ki, ADİU-da yalnız əcnəbi tələbələrin təhsil haqları artırılıb: "Əcnəbi tələbələr üçün təhsil haqqı 4000 dollar müəyyən olunub”.

 

Universitetdə 917 nəfər müəllimin çalışdığını nəzərə çatdıran rektor qeyd edib ki, bu rəqəm çoxdur: "Yaşı 70-dən yuxarı, elmi dərəcəsi olmayan, habelə yaşı 75-dən yuxarı dosentlərin işdən çıxarılması nəzərdə tutulur. Yalnız professorlar istədikləri qədər universitetdə çalışa biləcəklər”.

 

Rektor əlavə edib ki, rəsmi rəqəmlərə görə, universitetin məzunlarının 38 faizi 1 ay müddətində işlə təmin olunub. Ə. Muradov qeyd edib ki, Rusiya Federasiyasının Dərbənd şəhərində tələbə qəbulu aparılması üçün artıq lisenziya alınıb: "Eyni zamanda, iqtisadi mühəndisliklə bağlı ixtisasların açılması da gündəmdədir”.


APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA