12-01-2016 [14:46]
Mayın 1-dən qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsində inzibati məsuliyyətə cəlb etmə müddətləri ilə bağlı maraqlı yeniliklər var. Bu yenilik daha çox yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara aiddir. İki yenilik daha maraqlıdır.
Mia.az Avtosfer.az-a istinadən bildirir ki, birinci yenilik odur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə cəlbetmə müddəti bir ilə qaldırılır. Hazırda bu müddət iki aydır. Yalnız icraatı dayandırmaq üçün əsaslar olduqda həmin müddət dayandırmadan sonra bir ilədək davam edə bilər. Yeni layihə isə hər bir halda cəlbetmə müddətini bir il müəyyən edir. Yəni yol hərəkəti qaydasını pozmuş sürücüyə, piyadaya və ya başqa hərəkət iştirakçısına cərimə və digər tənbehlər qayda pozuntusundan sonrakı bir il ərzində tətbiq oluna bilər.
İkinci yenilik isə daha maraqlıdır. Məcəllənin layihəsində qeyd olunur ki, sürücünün törətdiyi və xüsusi texniki vasitələrlə (kameralarla və ya radarla) qeydə alınmış qayda pozuntuları elektron protokolla rəsmiləşdirildikdən sonra həmin elektron protokol hər bir sürücünün elektron kabinetinə 1 aydan gec olmayaraq yerləşdirilməzsə, sürücü həmin qayda pozuntusuna görə məsuliyyətdən azad olunur. Başqa sözlə, sürücünün törətdiyi qayda pozuntuları cəmiyyətdə "MMX protokol" kimi tanınan elektron protokolla rəsmiləşdirilibsə, həmin protokol xətanın törədildiyi gündən bir ay müddətində sürücünün özünün, bankın, poçtun görə biləcəyi sistemdə yerləşdirilməlidir. Əks təqdirdə, yəni MMX protokol qayda pozuntusundam sonrakı bir ay müddətində "elektron kabinet"də yerləşdirilmədikdə həmin sürücü bu qayda pozuntusuna görə cərimə oluna bilməz.
Qanunvericiliyin belə yanaşması DYP-nin Mərkəzi İnformasiya Sisteminin tərtib etdiyi elektron protokolların aylarla, bəzən illərlə virtual aləmdə heç kəsin xəbəri olmadan dolaşmasının qarşını almağa yönəlib. Qanunvericiliyin tələbinə əsasən, xüsusi texniki vasitələrinin qeydə aldığı qayda pozuntusu real vaxt rejimində avtomatik olaraq elektron protokolla rəsmiləşdirilməlidir, daha sonra həmin protokol dərhal "ASAN ödəniş" sisteminə ötürülməli və sürücünün fərdi elektron kabinetinə yerləşdirilməlidir. Amma təcrübədən məlumdur ki, bu heç də həmişə belə edilmir. Bəzən sürücülər hətta bir neçə ildən sonra yolda saxlanıldıqda onlara məlum olur ki, barələrində elektron MMX protokol var. Bəzən də elektron protokol sürücüyə göndərilmiş olsa da, sürücü aylarla banka gedərək onu ödəyə bilmir. Çünki həmin protokol bankın və sürücünün özünün görə biləcəyi sistemə yerləşdirilmir. Belə vəziyyətlərin istisnası üçün yeni Məcəllədə konkret müddət müəyyən edilir.
Şübhəsiz ki, belə yanaşma qayda pozuntularının sənədləşməsi ilə bağlı işləri sürətləndirməyə və operativliyi artırmağa yönəlib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi