12-01-2016 [14:08]
Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin I kurs tələbəsi Qasımova Rumiyyə Elşən qızının intiharı barədə təfərrüatlar bitmək bilmir.
Qızın universitetdə yaxşı oxumadığı, iki imtahandan kəsilməsi və ailəsi tərəfindən basqı olması haqqında informasiyalar yayılıb. Sumqayıt Dövlət Universitetindən də intihar edən tələbə ilə bağlı məlumat yayılıb və bildirilib ki, həmin tələbə həqiqətən də hadisədən bir gün öncə cari sessiyada ikinci imtahanını verib, lakin lazımi hazırlaşmadığı üçün nəticəsi qənaətbəxş olmayıb.
Mia.az Modern.az saytına istinadən xəbər verir ki, Rumiyyənin ailəsi onun haqqında yayılan informasiyaları inkar edib.
Onlar bildiriblər ki, saytlarda qeyd edildiyi kimi, qız pis oxumayıb. Yaxınlarının dediyinə görə, Sumqayıt Dövlət Universitetində rektorluqdan məlumat gəlib ki, tələbələrdən imtahanlara görə pul yığılsın. Rumiyyənin ailəsinin isə vəziyyəti o qədər də yaxşı deyil. Saray qəsəbəsində 1 sotluq ərazidə anası göyərti əkməklə məşğuldur. Atası isə tikintidə usta işləyir. İki il əvvəl ayağından kəsici alətlə ciddi xəsarət aldığından işləyə bilmir. Anası yığdığı göyərtiləri satmaqla qızının təhsil haqqını ödəməyə çalışıb. 1600 manatlıq təhsil haqqının 1000 manatını ailəsi, 600 manatını isə qohumları ödəyib.
Atasının onun danlaması barədə xəbərlər də yalandır. Onların heç xəbərləri olmayıb. Atası deyib ki, iş tapar, təhsilhaqqını ödəyər. Amma həmin gün imtahandan yenidən kəsilməsi ilə bağlı xəbəri eşidəndən sonra evə gəlməyib, heç kimə demədən dənizə gedib, intihar edib.
Rumiyyənin atası Elşən Qasımov açıqlamasında bildirib ki, qızı birinci imtahandan kəsiləndə bunun pul ilə bağlı olduğunu demişdi: "Birinci imtahandan kəsildi. Evə gəldi, dedi ki, pul söhbətidir, pul verilməsə, kredit təhsil haqqının üstünə gələcək. İkinci imtahanı yanvarın 9-da idi, dedi ki, çalışıb onu verəcək. Mən də dedim ki, o biriləri ver, kəsiri düzəldərik. Birinci imtahan ingilis dilindən, ikinci isə Azərbaycan dilindən idi. Səhər mən işə, o imtahan getdi, 6-ya qədər evə gələrdi, həmin gün telefonu özü ilə aparmamışdı, evdə qalmışdı. Mənə saat 5-də evdən zəng etdilər ki, qız gəlməyib. İşdən çıxıb Universitetin əsas korpusuna getdim. Dedilər ki, onlar 5-də gediblər. Tələbə yoldaşları ilə əlaqə saxladıq. Məlum oldu ki, 24 tələbə imtahandan kəsilib. Rumiyyə isə çox pis olub, ağlayıb ki, "mən evə nə üzlə gedəcəm”. Sonra qrup yoldaşları ilə dayanacağa qədər bir gəliblər və orada ayrılıblar”.
Bütün şəhəri gəzsə də, qızını tapa bilmədiyini deyən E.Qasımov 21:00-da 102-ə zəng edib və Polis İdarəsindən ona ərizə yazmaq üçün çağırıblar: "1-ci polis bölməsindən mənə zəng etdilər, gedib ərizəmi yazdım, qızın şəklini verəndə zəng etdilər ki, Trovmatologiyaya gəl. Gedib gördüm ki, meyit morqdadır, oradan götürüb gəldim. Qızımı dəniz qırağında tapıblar. Axtarış şöbəsinin rəisi deyib ki, özü çıxardıb. Sumkasında bütün hər şey yerində idi, tələbə biletini də ayrı yerdən balıqçı tapıb vermişdi”.
E.Qasımov bildirib ki, imtahanlara görə pul istənildiyi çoxdan tələbələrə deyilmişdi:
"Evdə ağzından qaçırtmışdı ki, 200 manat istənilir. Tam şəkildə deyə bilməmişdi. Dedim ki, o biri imtahanları ver, kəsir olanı düzəldərik. Qızımın ölümü ilə bağlı yazılan bütün informasiyalardan xəbərim var. Bununla bağlı lazımi yerlərə, Təhsil Nazirliyinə də şikayət edəcəm”.
Qeyd edək ki, yanvarın 9-da itkin düşmüş Sumqayıt şəhər sakini Rumiyyə Qasımovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yanvarın 10-da dəniz sahilində tapılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi