Bakıda dollar yenə "yoxa çıxdı" — FOTOLAR

img

12-01-2016 [13:40]


Bu gün səhər paytaxtın müxtəlif rayonlarındakı valyutadəyişmə məntəqələrində növbəti monitorinq keçiriblər.

Əməkdaşlarımız şəhərin bütün valyutadəyişmə məntəqələrində demək olar ki eyni mənzərə ilə rastlaşıblar. Bəzi valyutadəyişmə məntəqələrində tabloda xarici valyutanın alış və satış qiymətləri yazılsa da, heç birində satışda dollar olmayıb. Xarici valyuta almaq istəyən vətəndaşlara verilən cavab hər yerdə eyni olub: "Dollar yoxdur".

Əməkdaşlarımız yalnız "Kapitalbank"ın şöbələrinin işlədiyinin və həmin şöbələrin kassalarının qarşısında isə uzun növbələrin olduğunun şahidi olublar.

Ölkə.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA