Füzulidə ara qarışıb; Qiymət artımı camaatı ayağa qaldırdı, icra başçısı yaxına buraxılmadı

img

12-01-2016 [13:02]


Füzuli rayonun ən böyük yaşayış məntəqəsi olan Böyük Bəhmənli kəndində dünəndən qiymət artımına etiraz başlayıb.

Bu barədə Mia.az-a rayon sakinləri məlumat veriblər.

Məlumata görə, narazılar Horadiz-Bakı qatarının qarşısını kəsib. Füzuli rayon icra başçısı Alı Alıyev hadisə yerinə gəlib. Etirazçılar başçı ilə danışmaqdan imtina ediblər. Hazırda isə 500 nəfərdən artıq sakin ərazidəki sərhəd zastavasının qarşısına yığılıblar.

Əraziyə Sərhəd Qoşunlarının əsgərlərinin cəlb olunduğu bildirilir. 

Mia.az





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA