“Naxçıvanda “donuz qripi” yoxdur” - Nazirlik rəsmi məlumat yaydı

img

12-01-2016 [11:51]


Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi son günlər Naxçıvanda "donuz qripi” virusu yayıldığı ilə bağlı məlumatlara aydınlıq gətirib.

Naxçıvan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumata görə, son günlər mətbuatda Naxçıvan Muxtar Respublikasında "donuz qripi”nin olması ilə bağlı yalnış və həqiqəti əks etdirməyən məlumatlar yayılıb:

"Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalarla Mübarizə və Sanitar Karantin Nəzarəti şöbəsi tərəfindən muxtar respublikanın sərhəd keçid məntəqələrində karantin tədbirlər görülür, digər ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidələr aparılır. Bu günə qədər muxtar respublikanın səhiyyə müəssisələrinə müraciət edən kəskin respirator infeksiyalı xəstələrdən götürülən laborator analizlərin nəticələrində "donuz qripi” (H1N1) virusu aşkar edilməyib.

Görülmüş tədbirlərin nəticəsində muxtar respublikada epidemioloji durum tam stabildir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA