11-01-2016 [23:25]
Bu gün ADP İdarə heyətinin növbəti toplantısı keçirilib.
Partiyadan Mia.az-a daxil olan məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərə dair müzakirələr olub.
Toplantı iştirakçıları ilk növbədə Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin ötən həftə keçirilən iclasına münasibət bildirib. İdarə Heyəti müşavirədə ölkədə yaranmış sosial-iqtisadi gərginliklərin aradan qaldırılması istiqamətində səsləndirilən bəyanatların, irəli sürülən təkliflərin hec də son həddə çatan hazırkı iqtisadi durumun yaxşılaşdırılması, ölkəni düşdüyü sosial-iqtisadi gərginliklərdən xilas etmək üçün uyğun və yetərli olmadığını diqqətə çatdırıb.
Qeyd edilib ki, müşavirənin nəticələri hökumətin yaranmış böhrandan çıxmaq üçün mükəmməl proqram-konsepsiyasının olmadığını göstərir və bu müşavirədə səslənən fikirlər ölkədəki vəziyyətin ağırlığına adekvat deyil.
Partiya rəsmiləri iclasada süni bahalaşmanın qarşısını almaq üçün yerli istehsal malların qiymətinə inzibati müdaxilələr edilməsi, dövlət nəzarətinin gücləndirlməsi ilə əlaqədar səslənən fikirlərin kiçik və orta biznesin hüquqlarının pozulması, onların sıradan çıxarılması, bütövlükdə azad bazar iqtisadiyyatı fəlsəfəsinin tələblərinə qarşı olması kimi dəyərləndirib və hakimiyyəti bu cür süni müdaxilələrlə deyil, müasir iqtisadi qanunauyğunluqlar əsasında addımlar atmağa çağırıb.
İdarə Heyətində ölkədə yaranmış sosial-iqtisadi böhranın aradan qaldırılması, antiböhran haqda müzakirələrin aparılması üçün dövlət başçısı ilə siyasi müxalifət liderlərinin bir masa ətrafında toplaşmasının, müxalifətin ölkənin mövcud vəziyyətdən çıxarılması ilə bağlı təkliflərinin ən yüksək səviyyədə dinlənilməsinin vacibliyi qeyd edilib.
İdarə Heyəti son vaxtlar yaranmış sosial-iqtisadi gərginliklər, süni bahalaşma, manatın kəskin şəkildə devalvasiyaya uğraması fonunda ölkənin ayrı-ayrı yerlərində spontan başlayan etirazların inkişaf edərək ölkədə xaos, idarə olunmaz vəziyyətin yarana biləcəyindən narahat olduğunu bildirib və hakimiyyəti bir daha baş verən bu narazılıqlardan nəticə çıxarmağa, devalvasiyaya uyğun olaraq əmək haqlarını kompensasiya etməyə, təcili olaraq demokratik, siyasi və sosial-iqtisadi islahatlar istiqamətində addımlar atmağa çağırıb.
İdarə Heyəti son vaxtlar qonşu İran dövləti və Səudiyyə Ərəbistanı Krallığı arasında yaranan münaqişənin bütövlükdə müsəlman dünyası üçün ağır nəticələr verməsindən narahat olduğunu bildirib və bu münaqişənin iki dövlət arasındakı təriqət və məzhəb davasından doğduğuna diqqət çəkərək müsəlman dövlətlərini bu cür məzhəb davalarından uzaq olmağa, hər iki dövləti fəlakətə sürükləyən yersiz münaqişələrdən qaçmağa çağırııb.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi