"Manatın devalvasiyası qaçılmaz idi" - Samir Şərifov

img

11-01-2016 [22:54]


Dünya bazarlarında xam neftin qiymətinin kəskin azalması nəticəsində xarici valyutada daxilolmaların azalması ölkəmizin tədiyyə balansında keyfiyyətcə yeni vəziyyət yaradıb və manatın məzənnəsinin əhəmiyyətli dərəcədə enməsini qaçılmaz edib.

Bu barədə ölkə başçısı İlham Əliyevin sədrliyi ilə keçirilənNazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr olunan iclasda maliyyə naziriSamir Şərifovbildirib.

Nazirin sözlərinə görə, qlobal iqtisadi proiseslərin ölkəmizə mənfi təsirləri ilə əlaqədar hökumətin və Mərkəzi Bankın atdığı kəsərli addımlar yaranmış makroiqtisadi duruma adekvatdır. O, qeyd edib ki, bunu digər neft istehsalı və ixracı ilə məşğul olan ölkələrin timsalında da görmək olar.

"Qlobal reytinq agentlikləri ölkəmizdə gedən prosesləri yaxından izləyir. Sevindirici haldır ki, dünyanın 3 ən nüfuzlu reytinq agentlikləri "Standard&Poor`s", "Moody`s" və "Fitch" ölkəmizin uzunmüddətli yerli və xarici investisiya səviyyəli reytinqləri saxlanılıb", - deyə nazir qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA